Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub
Noyabrın 2-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və pedaqoq, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qoşqar Əhmədovun anadan olmasının 100 illik yubileyinə edilən elmi konfrans keçirilib.
Aztəhsil.com azərtac.az-a istinadən xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov professor Q.Əhmədovun mənalı ömür yolundan, səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb.
Bildirilib ki, Qoşqar Əhmədov 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsini bitirib. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. Hərbi Akademiyada təhsil alıb.
Q.Əhmədov 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra universitetdə çalışıb və aspiranturada oxuyub. O, 1950-ci ildə namizədlik, 1960-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Alim universitetin fizika-riyaziyyat fakültəsinin dekan müavini və dekanı, differensial və inteqral tənliklər kafedrasının müdiri vəzifələrində işləyib. Qeyd edilib ki, 70-dən çox elmi əsərin müəllifi olan Q.Əhmədov yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm xidmətlər göstərib.
Digər çıxış edənlər də Q.Əhmədovun elmə, təhsilə əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıblar. Sonra konfrans işini bölmə iclaslarında davam etdirib.
ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı
Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək
Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib
Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü
AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir
ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib
AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub
ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu
ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi
MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib
LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib
Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb
AMEA-da yeni TƏYİNATLAR
Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib
Azərbaycanda elmi kadrların hazırlanması ilə 1500-dən çox professor məşğul olur
Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib
"Misir Mərdanovun nə yaşı var: gələn seçkiləri də gözləyə bilər"
Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu
BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
BDU-nun kafedra müdiri vəfat etdi
Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb
BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb