Xəbərlər
15 noyabr 2017
834

Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Prezident İlham Əliyev Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


Aztəhsil.com xəbər verir ki, Dövlət Dil Komissiyasının yeni üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov modern.az-a açıqlamasında komissiyanın görəcəyi işlərdən danışıb:


"Dövlət Dil Komissiyasının yeni tərkibdə təsdiqi onu göstərir ki, dil dövlətin həmişə diqqət mərkəzində  saxladığı məsələlərdən biridir. Bu gün dünyada dillər arasında güclü rəqabət gedir və zaman-zaman müəyyən dillər buna dözə bilməyərək sıradan çıxır. Rəqabətə dözümlülük yaratmaq üçün  həmin dildə kitab çap etdirmək, mətbuatın fəaliyyəti, hətta dilin dövlət dili statusu da kifayət etmir. Müasir dünyada dili qorumaq üçün onun tətbiqi imkanlarını genişləndirmək lazımdır. Bu mənada dilin tətbiqi imkanlarından biri Kütləvi İnformasiya Vasitələridir.

 

Etiraf etmək lazımdır ki, bu gün Kütləvi İnformasiya Vasitələrinin bir qisminin dilində qüsur var. Sözlər düzgün yazılmır, aparıcılar istədikləri kimi danışır, Azərbaycan dilinin lüğət tərkibində olan sözlər kənarda qalır, qrammatik quruluş pozulur və.s. Bütün bunlar dilin potensialını, nüfuzunu aşağılayır. Bu səbəbdən Dil Komissiyasının fəaliyyəti mütləqdir. Bu baxımdan komissiya Kütləvi İnformasiya Vasitələrinin dilinə   nəzarətlə bağlı tədbirlər planı hazırlayacaq”.


B.Xəlilov qeyd edib ki, reklamların, filmlərin, kitabların dilində ciddi qüsurlar var:


"Eyni zamanda hazırda kitab çapına ciddi nəzarət lazımdır. Kitablarda sözlərin orfoqrafiyasının düzgün yazılmadığı, korrektə işlərinin peşəkar olmadığı müşahidə edilir. Açığı, nəşriyyatların bir çoxunun peşəkar  redaktor və korrektorları yoxdur. Müəlliflər az qala bütün funksiyaları öz üzərinə götürür və bu da dillə bağlı müəyyən qüsurların yaranması ilə nəticələnir.

 

Düşünürəm ki, komissiya yeni planlarında bu məsələlərə xüsusi önəm verəcək. Həmçinin, bu gün tərcümələr arzu olunan səviyyədə deyil. Əcnəbi dillərdən tərcümə olunan filmlərin, kitabların keyfiyyətini qaldırmaq lazımdır. Yeni çəkilən filmlərin, reklamların bir qismində dil normalarının pozulduğunu görürük.  Dilimizin başına min cür oyunlar açırlar. Yaxud elə küçələr var ki, onlar köhnə adlarda qalıb. Bütün bunlar qaydaya salınmalıdır”.


Müsahibimizin sözlərinə görə, bu gün əsas problem dilimizdən istifadə edənlərlə bağlıdır:  


"Bəzən Azərbaycan dilində danışa bilməyən, fikrini ifadə edə bilməyən insanların hansısa kanalda çıxış etdiyini görürsən.  Ona görə də yeni tərkibdə yaranan Dövlət Dil Komissiyası dili sevdirməyin  yolları araşdırmalı və təqdim etməlidir.  İnsanların bir qismi həm yazı mədəniyyətinə, həm də şifahi nitq mədəniyyətinə yiyələnə bilmirlər. Yəni dilin şifahi və yazılı qolunun tətbiqində müəyyən qüsurlar var.


Digər tərəfdən bilirsiniz, indi  texnologiya, informasiya dövrüdür. Bu baxımdan məsələn, bizim elektron orfoqrafiya lüğətimiz, izahlı lüğətimiz  olmalı  və insanlar bundan asanlıqla istifadə edə bilməlidir. Hazırda dil təkcə yazı üzərində deyil, həm də elektron resurslar üzərində qurulub. Bu günkü dünya ilə ayaqlaşmaq üçün elektron resurslardan da düzgün istifadə etmək vacibdir. Yəni görüləcək işlər  çoxdur. Buna görə də dilimizin qorunması istiqamətində komissiya vasitəsilə müəyyən işlər görülməlidir”.

 

Dövlət Dil Komissiyasının yeni üzvlərindən biri, xalq yazıçısı Mövlud Süleymanlı bildirib ki, hazırda  insanların dilimizə yanaşma tərzi əsas problemlərdəndir:


"Məndən başlayaraq sizə qədər-problem hər kəsdədir. Biz əyəndə də düz əyirik, düzəldəndə də düz düzəldirik. Bu məsələyə qayğı, diqqət lazımdır ki, dili qoruya biləsən. Necə ki, özünə görə ağac əkirsən, ev tikirsən, eləcə də, dilə belə yanaşmalıyıq. Dili ayaqlar altına almamalı, hörmətsizlik etməməlisən. Qışqırtının içində də dil var.


Məsələn, mən Tiflisdə işləyən zaman bir gürcü dostum var idi. O, küçəyə çıxanda səsini, danışığını dəyişirdi. Ondan səbəbini soruşanda dedi ki, "mənmn danışdığımı  ətrafdan da eşidirlər, buna görə də dilim  gözəl səslənməlidir”. Amma biz dilimizlə bağlı bu məsələlərə diqqət yetirmirik. Komissiya bu  istiqamətdə işlər görməlidir”.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Vurğun Əyyub: “Ali məktəbə qəbulda mafiya təşkil edənlərin müqavimətilə üzləşdik”

Vurğun Əyyub: “Ali məktəbə qəbulda mafiya təşkil edənlərin müqavimətilə üzləşdik”

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

Yad sözlərə düşmən münasibət bəsləməyin!- EKSPERT

Yad sözlərə düşmən münasibət bəsləməyin!- EKSPERT

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI

“Hər hansı sözü əvəzləyib işlətmək üçün hoqqabazlıq etmək düzgün deyil”- Musa Yaqub

“Hər hansı sözü əvəzləyib işlətmək üçün hoqqabazlıq etmək düzgün deyil”- Musa Yaqub

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”

Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Orta məktəb dərsliyindəki vulqarizm:

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

"Ləhcədə, alınma sözlərdən minimum istifadə etməliyik" Nuşirəvan Məhərrəmli

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Dilçi alimdən ETİRAZ:

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Kitabsızlar qorxuludur...

Kitabsızlar qorxuludur...

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün  gərəkli vəsait PYTHON

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün gərəkli vəsait PYTHON

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.