Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli barədə məlumat verilsə də, detallar hələlik açıqlanmır.
Məlumata görə, mövzu ilə bağlı açıqlama verən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, hazırda yeni modelin üzərində iş aparılır.
DİM-də fənn seminarları keçirilir ki, burada 2019-cu ildə tətbiqi nəzərdə tutulan yeniliklər müzakirə olunur.
Seminarlar açıq keçirilir. Yəni, istənilən şəxs qeydiyyatdan keçməklə yeni modelin müzakirələrində iştirak edə bilər.
2019-cu ildə həyata keçiriləcək qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Bu zaman 700 ballıq sistem saxlanılacaq.
2019-cu ildən 11 illik orta təhsil səviyyəsi üzrə yekun buraxılış imtahanları bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. Bu mərhələdə şagirdlərin bilikləri kurikulum əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək.
Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər bu fənlərdən imtahan verəcəklər.
Dövlət İmtahan Mərkəzindən imtahan modeli barədə yeni AÇIQLAMA
Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı
Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb
Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI
Yeni qəbul modeli: Buraxılış imtahanlarında 300, qəbul imtahanlarında 400 bal
Qəbul imtahanında yeniliklər- AÇIQLANDI
Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq
Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...
Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO
“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR
Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI
Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL
2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA
Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq
Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?
Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq
Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq- Ancaq...
"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"
Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq
Yeni modelə əsasən buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək
"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"
İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?