Xəbərlər, Pedaqoji nəşrlər, MÜƏLLİM
21 noyabr 2017
1548

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sənayeləşmə dövründə Azərbaycan ərazisində sənaye sahələrinin yaranması, iqtisadiyyatın inkişafına meylin artması təhsilin forma və məzmununda dəyişikliklərin baş verməsinə təsir etməkdə idi.

 

Avropadan, xüsusən Rusiyadan sənayenin inkişafı baxımından Azərbaycana miqrasiya edən kapitalistlər buraya öz mədəniyyətləri ilə yanaşı, ibtidai və orta, politexnik təhsillərini də eksport etməkdə maraqlı idi. Onlar tədricən ucuz əl əməyindən istifadə etmək üçün burada yaşayan xalqlara rus, ingilis, alman dillərində ibtidai təhsil verməyə üstünlük verirdilər. Bu zaman təşkil olunan savad məktəblərinin idarə olunmsı da müxtəlif olurdu. 

 

Orta əsrlərdə məktəb və mədrəsələrin, XIX əsrin 30-cu illərindən rus-tatar məktəblərinin, Sovet hakimiyyəti illərində ümumtəhsil məktəblərinin idarəedilməsinin mütərəqqi ənənələri və tarixi təcrübəsi, Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndələri N.Gəncəvi, N.Tusi, M.Füzuli, A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, F.Köçərli, R.Əfəndiyev, N.Nərimanov, M.Ə.Sabir, C.Məmmədquluzadə, F.Ağazadə, M.T.Sidqi, Ü.Hacıbəyov, S.S.Axundov, Ə.Seyidov və başqalarının pedaqoji irsi məktəbin idarəolunması və ona rəhbərliyin əsas mənbələrindəndir. 

 

XVIII əsrin sonu və XIX əsrin əvvəllərində məktəblərin forması tədricən dəyişilərək mollaxanalardan, mədrəsələrdən, «şkola», «rus-tatar məktəbləri», «gimnaziya, «semenariya» formalarına keçdi. Bu zaman məzmun isə dini biliklərdən çox dünyavi elmlərə yönəldi.

 

Sənayeləşmə dövründə idarəetmədə sistemləşmə formalaşmağa başladı. Müasir dövr Azərbaycanda pedaqoji idarəetməni isə 3 əsas mərhələyə ayırmaq olar (sxem 1):

 
Sxem 1.

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Xalq Cumhuriyyəti dövründə hökumətin milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verilmiş, təhsil islahatları aparılmışdır. Təhsilin yeni yanaşmalarla idarə olunmasının nəticəsində tədrisin Azərbaycan dilində aparılması, məktəblərin milliləşdirilməsi, Bakı Dövlət Universitetinin yaradılması əldə edilmişdir.


1920-1990-cı illər arasında Sovet hakimiyyəti dövründə təhsilin kütləviliyinə ciddi fikir verilmiş, Azərbaycanda yaşayan əhalinin bütövlükdə savadlanmasına nail  olunmuşdur. Lakin ixtisaslı kadrların irəli çəkilməsində digər millətlərin nümayəndələrinə, xüsusən ruslara üstünlüyün verilməsi prosesi milli kadrların inkişafına ciddi təsir göstərmişdi. 

       

Həyatını millətinin inkişafına həsr etmiş Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi vəziyyəti kökündən dəyişdirmişdir. Heydər Əliyev Azərbaycan təhsilinin inkişafında mühüm xidmətlər göstərmişdir. Onun sayəsində ötən əsrin 70-80-ci illəri Azərbaycan təhsilinin coşqun yüksəliş illəri kimi tarixi yaddaşımıza daxil olmuşdur. 70-80-ci illərdə Heydər Əliyevin qayğısı nəticəsində 350 mindən çox şagird yeri olan 680 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. 1973-cü ildə ümummilli liderin təşəbbüsü ilə Bakıda yaradılan Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynamışdır. 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1875-ə çatmış, 1979-cu ildə orta məktəblərin şəbəkəsi 1965-ci illə müqayisədə 3 dəfədən çox artmışdır. 

 

Respublikamız müstəqillik əldə etdikdən sonra, 1991-ci ildən bu günümüzə qədər mövcud olan təhsil sistemi idarə olunmasında, məzmun və mahiyyətində böyük dəyişiklər baş verdi. Hal-hazırda təhsil sahəsində zəruri olan islahatların aparılması aşağıdakı istiqamətlər üzrə planlaşdırılır.

 

Təhsil sahəsində zəruri olan islahatlar:

 

- səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması; 

- təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi;

- təhsildə səmərəli idarəetmə mexanizmlərinin yaradılması;

- müasir tələblərdə ömür boyu təhsilin infrastrukturunun yaradılması;

- dünya təhsil sisteminin standartına uyğun maliyyə modelinin qurulması;

- müasir kadrların hazırlanması mexanizminin təşkili.

 

90-ci illərdən etibarən Sovet təhsil sistemindən modern təhsil siteminə keçidin əsasında aparılan islahatlardan ilk ən vacibi 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılması olmuşdur. Daha sonra 1999-cu ildə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiqindən sonra bütün təhsildə islahatlar sistemli xarakter almağa başlamışdır. 

   

Avropada vahid ali təhsil məkanının yaranmasını nəzərdə tutan və 1999-cu ildə başlamış Boloniya prosesinə ölkəmiz 2005-ci ildə qoşulmuşdur. Həmçinin 2009-cu ildə qəbul edilən "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu təhsil sahəsində aparılan islahatların normativ-hüquqi bazasının təkmilləşdirilməsinə imkan vermişdir. Azərbaycan Respublikası Prezidenti   İlham Əliyevin  2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edildi. Beləliklə, aparılan bu islahatlar nəticəsində təhsilin inkişafı istiqamətləri və hədəfləri  müəyyən edilərək fəaliyyət davam edir (ardı var).

 

Ş.Qəribov, İ.Əsədova




DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı nurtelinfo@mail.ru e-mail adresinə göndərin



Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
İdarəetmə bir elmdir- Bəs, Azərbaycanda?

İdarəetmə bir elmdir- Bəs, Azərbaycanda?

Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin kollegial imkanları

Pedaqoji idarəetmənin kollegial imkanları

Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

Təhsil qanunvericiliyi və onun vəzifələri Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil qanunvericiliyi və onun vəzifələri Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur