Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR
Valideynlərin uşaqların təlim-tərbiyəsinə böyük maraq göstərməsi təbiidir. Siz istəyirsiz ki, uşaqlarınız vicdanlı, ədəbli, təmkinli şəxs kimi böyüsünlər, cəmiyyətdə mədəni və mütərəqqi düşünən insanlar kimi layiqli yer tutsunlar. Lakin valideynlər bir şeyi dərk etməlidirlər: onların ümidləri o zaman gerçəkləşə bilər ki, xoş arzular konkret əməllərlə əvəz olunsun.
Başqa sözlə, uşaqlarınızın uğur əldə etməsindən ötrü siz özünüz zəruri müsbət keyfiyyətlərə və məziyyətlərə malik olmalısınız. Alimlərin ümumi fikirinə görə, valideynlərin sözləri və əməlləri uşaqlara böyük təsir göstərir. Məhz valideynlər uşaqların mənəviyyatını, rəftarını, dəyərlər dünyasını, şəxsiyyətini formalaşdırır. Burada ananın məziyyətləri və tərbiyə məsələlərində mövqeyi daha güclü təsirə malikdir. Valideynlərin dediyi sözlər və etdikləri əməllər uşağın davranış tərzində əks olunur.
Bir çox uşaq psixoloqları, uşaqların, demək olar ki, bütün davranış qaydalarını təqlid və müşahidə yolu ilə mənimsədiklərini söyləyirlər. Ona görə də biz uşaqda valideynlərin və onunla ünsiyyətdə olan digər şəxslərin davranış və rəftarının güzgü tək əksini görə bilərik.
Valideynlərin hər bir əməli, onlar tərəfindən deyilmiş hər bir söz uşaqların təlim-tərbiyə prosesində əhəmiyyətlidir. Əgər valideynlər uşaqların doğruçu böyüməsini, pis sözlərlə dillərini murdarlamamasını ürəkdən istəyirlərsə, onların özləri də evlərində yalan və qeybətdən qaçmalıdırlar.
Əgər siz uşağınıza yalan danışmağın pis hərəkət olduğunu, yalançının özünü başqaları qarşısında alçaltdığını söylədiyiniz halda, onun yanında yalan danışırşınızsa, onda o sizin sözlərinizdəki riyakarlığı dərk edəcək, sizin bütün öyüd-nəsihətləriniz dərhal unudulacaq, günəş şüaları səhər dumanını dağıtdığı kimi səpələnəcəkdir.
Məsələn, ata uşağa öyrədir ki, yalan insan üçün çox böyük qüsurdur, yalan danışmaq olmaz, hər zaman və hər məsələdə doğruçu olmaq lazımdır və s. Bu zaman kimsə qapını döyür. Ata oğlunu qapıya göndərir və ona deyir ki, əgər onu soruşsalar desinki evdə yoxdur. Bu hərəkətdən sonra atanın öyüd-nəsihəti uşağın tərbiyəsinə müsbətmi təsir edəcək ?
Valideynlər öz uşaqlarına mənəviyyatla bağlı nə deyirlər desinlər və nə öyrədirlər öyrətsinlər, özləri ilk növbədə gündəlik həyatlarında həmin mənəvi prinsipləri gözləməlidirlər. Əks halda şəxsi nümunəyə əsaslanmayan öyüd-nəsihətlər vaxtın əbəs yerə itirilməsindən başqa heç nəyə gətirib çıxarmayacaqdır.
Əksər valideynlər səhvən elə hesab edirlər ki, balaca uşaqlar "hələ çox şeyi dərk etmirlər”.
Əksinə, uşaqlarda təqlid etmə meyli hər şeyi bilmək həvəsi ilə birləşir, hansı ki, o qədər güclüdür ki, onlarda hər şeyi bilmək və hər şeyi görmək arzusunu daim gərginlikdə saxlayır. Heç nə bu həssas, fəal, diqqətcil və hər şeyi bilmək istəyən varlığın nəzərindən gizlədilə bilməz.
Suyu odun üstünə qoyduğumuz andan o yavaş-yavaş qızır, qaynama nöqtəsinə çatana kimi özündə istilik "toplayır”. Suyun qaynamasından ötrü müəyyən vaxt lazımdır. Eyni hadisə uşaqlarla da baş verir. Onlar erkən çağlarından başlayaraq, ətraflarında gördüklərini və eşitdiklərini sanki süzgəc kimi toplayırlar. Budur vaxt yetişir və onların topladığı hər şey özünü göstərməyə və bəhrə verməyə başlayır.
Qeybət və Uşaqlarımız..
Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!
TƏRBİYƏDƏ ATANIN ROLU
Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə
SÖYÜŞ, HƏDƏ VƏ FİZİKİ CƏZA - Bunlardan qaçın! TÖVSİYƏ
VALİDEYNLƏRİN MÖVQEYİ - ƏMR VERMƏK YOXSA SƏRBƏST BURAXMAQ
Uşaqlar nə üçün çox sual verirlər? - BÖYÜKLƏRİN DİQQƏTİNƏ
Uşaqlar niyyətini niyə gizlədir? - TÖVSİYƏ
XƏTALARA GÖZ YUMUN
Xətalara göz yumun - Valideynlərə MƏSLƏHƏT
Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri
Uşaqlarda davranış pozuntuları... PROBLEM
Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə
Uşaqları aldatmayın - VALİDEYNLƏRƏ MƏSLƏHƏT
UŞAQLARDA PASSİVLİK
Valideyinlərə Pedaqoji məsləhət -1 ÇALIŞIN FİKİR BİRLİYİNƏ ÇATASIZ
ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB
Altı PEDAQOJİ Məsləhət -MƏNƏVİYYAT
Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...
Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu
Bu sözləri uşaqlarınıza hər gün deyin – VALİDEYNLƏR OXUSUN
Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM
Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova
Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...