Xəbərlər / Valideyn / Direktor / Müəllim
07 dekabr 2017
3 374


Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Sağlam uşaq sağlam gələcək deməkdir. Təbii ki, hər bir valideyn övladının sağlam olmasını istəyir. Amma elə uşaqlar da var ki, onların sağlamlıqla bağlı müəyyən problemləri olur, dünyaya qüsurlu olaraq gəlirlər. Buna baxmayaraq, onlar cəmiyyətdən təcrid olunmur, xüsusi təhsil və tədris məktəblərində təhsilə cəlb olunurlar. Belə məktəblərdən biri də Bakıda yerləşən 3 saylı xüsusi təhsil məktəbidir.

 

Aztəhsil.com xəbər verir ki, məktəbin ibtidai sinif müəllimi Rəna İmaməliyeva ailem.az-a dərs dediyi məktəb və şagirdlər haqqında danışıb. Rəna xanım 15 ildir, bu məktəbdə müəllim işləyir. İndiyə kimi yüzlərlə şagirdi olub:

 

"Burada autizmli, daun sindromlu, əqli geriliyi olan, iflic uşaqlar var. Onlar digər uşaqlardan fərqli olurlar. Onlar öz-özlərinə gülür, qışqırır, ipə-sapa yatmırlar. Həmin uşaqlarda göz kontaktı olmur. Elə uşaq var ki, onun heç bir öyrənmək qabiliyyəti yoxdur. Eləsi var ki, əzbəri çox güclüdür, kitabdan mətni göz yaddaşı ilə əzbərləyir. Elə uşaq da var ki, adi cümlələri danışa bilmir, amma misalları çox yaxşı həll edir”.

 

Müəllimə deyir ki, normal məktəblərdən fərqli olaraq onlarda uşaqları 7 yaşından məktəbə götürürlər:

 

"Bizə qüsuru olan uşaqlar müraciət edir. Belə məktəblər bir çox yerdə var, amma bizim məktəbin şəraiti, təhsil sistemi daha yaxşı olduğu üçün bizdə uşaqlar çoxdur. Məsələn, birinci sinif üçün əvvəl iki sinif açılardısa, indi üç sinif açılır. Bununla yanaşı, evdə təhsil almaq üçün də müraciət edənlər var. Yəni gələ bilməyənlər, məktəbə uyğunlaşa bilməyənlər üçün müəllimlər evə gedib xüsusi olaraq təhsil verir.


Məktəbimiz 10 illikdir. Buranı bitirən uşaqlar peşəyə yönəlirlər. Hətta elə uşaqlar var ki, əl qabiliyyətləri çox gözəldir. Hazırda bir şagirdim var - Şıxəlizadə Dəniz - onun rəsmə, musiqiyə həvəsi çoxdur. O cümlədən burada uşaqlar gözəl xalça toxumağı bacarırlar, taxtadan əl işləri var. Kağızdan gözəl güldanlar, güllər hazırlayırlar. Hətta onlar 3 dekabr - Əlillər gününə həsr edilən tədbirdə o qədər gözəl çıxış etdilər ki...”

 

Rəna müəllimə deyir ki, şagirdlərinin heç birini unutmayıb. Elə şagirdləri var ki, indi də onlarla görüşür:

 

"Hətta şagirdlərim arasında eləsi olub ki, mənə şeir yazıb. Bu uşaqlar tərəfindən yazılan hər sətir mənim üçün çox əzizdir. İllərdir onlarla işləyirəm və ildən-ilə təcrübəm də artır. Bilirsən ki, kimə necə yanaşacaqsan, kiminlə necə davranacaqsan. Cəlal Həşimzadə adlı bir şagirdim vardı, ibtidai sinifdən 10-cu sinfi qurtarana qədər onunla evində məşğul olmuşam. Bu illər ərzində ana-bala kimi olmuşduq. Onda əqli gerilik, yaddaş zəifliyi vardı. Əvvəl-əvvəl heç oturub-durmağı da bacarmırdı. Mənimlə yaxınlaşandan sonra çox irəliləyiş oldu. Əlifbanı öyrəndi, misallar həll etməyə başladı”.

 

R. İmaməliyeva söyləyir ki, autizmli uşaqlarla işləmək əvvəl çətin olsa da, indi onlarla daha yaxşı ünsiyyət qurmağı bacarır: "Düzdür, əslində indi də onlarla bircə saat belə, işləmək çox çətindir. Xüsusilə də birinci sinif çox çətin olur, ikinci sinifdə onlar nisbətən uyğunlaşırlar. Artıq 3-cü, 4-cü sinifdən sonra biz bir-birimizə elə öyrəşirik ki, heç ayrılmaq istəmirik. Hər gün evə gedəndə mütləq məni öpürlər, xeyir-dua verirlər. Bir şagirdim deyir ki, müəllimə, Allah sizi qorusun! Onların ağzından duyduğum bu duaları eşidəndə elə bilirəm, həqiqətən də Allah məni qoruyacaq”.

 

"Bizim dərs proqramımız digər məktəb proqramlarından fərqlidir. Məsələn, dərs var ki, normal məktəblərdə 1-2 saata tədris edilir. Amma bizdə elə deyil. Bizdə 10 uşaq varsa, o 10 uşağın ikisinin səviyyəsi eynidirsə, digərlərinin səviyyəsi çox fərqli-fərqlidir. Elə uşaq olur ki, hətta 10-cu sinfi qurtarana qədər əlifbanı bitirməyə bilər. Yaxud bir hərf belə, yaza bilməz. Biz proqramı sinfin səviyyəsinə uyğun tuturuq. Sinifdə 5 nəfər eyni səviyyədədirsə, onlara uyğun proqram tuturuq. Həmin hərfi qavramayana qədər yeni dərs keçmirik. Məsələn, bayaq dediyim Dəniz normal məktəbdən gəlib. O, gələndə kitabı üzündən oxuya, imla yaza bilmirdi. Çünki onlar keçə-keçə gediblər, bu isə geridə qalıb”, - deyə o vurğulayır.

 

Müəllim onu da qeyd edir ki, bu cür uşaqlar məktəbi bitirdikdən sonra yalnız peşə məktəbinə gedirlər:

 

"Təəssüf ki, bu uşaqlar ali təhsil səviyyəsində irəliləyə bilmirlər. Amma onlarda əl bacarıqları adi uşaqlardan də yaxşıdır. Həmçinin, musiqiyə, əməyə, rəsmə meylləri daha çox olur. Yəni Allah onlara bu cür gözəl qabiliyyət bəxş edib”. 

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

İsmayıllıda dərs keçən gənc müəllimin inanılmaz həyatı: Velo yürüşlər, əsrarəngiz rəsmlər - FOTOLAR

İsmayıllıda dərs keçən gənc müəllimin inanılmaz həyatı: Velo yürüşlər, əsrarəngiz rəsmlər - FOTOLAR

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...