Xəbərlər / Kitabxanaçı
06 yanvar 2018
2 975


Dərslikləri qəlizləşdirməklə nəyə nail olduq?

Vəziyyət ağırdı. Özü də, lap ağır. Hamı bir-birini günahlandırır: müəllimlər valideynləri, valideynlər müəllimləri və bütün təhsil sistemini... Nəticə də ki, bərbad. Təklif irəli sürən çox az, tələb və tənqid edənlər, hətta işi təhqirə qədər gətirənlərin sayı-hesabı yox. Məktəblər ağır cəzaçəkmə məntəqələrinə bənzəyir. Özlərindən ağır çantaları daşımaqları azmış kimi, hər gün 5-7 saat oturmaq da, başqa bir əzabdır uşaqlar üçün. Gəlin bir az səmimi olaq. Dərslikləri qəlizləşdirib, elmi çəkisini artırmaqla nəyə nail olduq? 


Ötən tədris ilinin yekununda ilk dəfə  IX sinif şagirdləri Azərbaycan dili və Riyaziyyat fənnlərindən ikimərhələli buraxılış imtahan verdilər. Bir riyaziyyat müəllimi olaraq onu deyim ki, ilk mərhələdə təqdim olunan sualların çətinlik dərəcəsi olduqca yüksək idi. Sanki, şagirdlər 9 illik attestat yox, elmi dərəcə alacaqdılar. Suallar hazırlanarkən sırf dərin biliyə və qabiliyyətə malik şagirdlər nəzərə alınmışdı. Bəs digərləri? Bəyəm hər kəs riyaziyyatçı olmalıdır? 


Dərsliklər dövlətin qoyduğu standartlardan (yaş həddi nəzərə alınmadan qoyulan) çox-çox ağırdı. Saysız-hesabsız səhvlər dərsliklərin tələm-tələsik yazılmağının göstəricisidir. Tutaq ki, sözügedən səhvləri peşəkar müəllimlər aşkara çıxarıb düzəldir, şagirdə daha düzgün bilik verir. Axı fəal təlim prossesində tədqiqatçı şagird yeni biliyi müəllimin diktəsi olmadan özü əldə etməlidir. Onsuz da, onların yaş həddini aşan üstəlik səhvlərlə dolu dərsliklərdən hansı biliyi əldə etsinlər axı?


Kobud müqayisə olsa da, düşünək: sənin su səhəngin 5 litr su tutursa, 6-cı litri o səhəngə hansı möcüzə nəticəsində süzəcəksən? Vaxtiylə bizim 6-cı, 7-ci siniflərdə öyrəndiyimiz mövzuları indiki şagirdlər 3-cü, 4-cü siniflərdə mənimsəməlidirlər. Beynimiz hansı arada bu qədər inkişaf etdi?! Nə yedik, nə içdik ki, bu səviyyəyə gəlib çıxdıq?! Guya mənimsəniləcək materialları qəlizləşdirməklə daha savadlı bir nəsil yetişdirdik? Xeyr! Çətinləri öyrətməyə çalışarkən asanları belə daha qavramaq istəmədiklərin şahidi olduq. Nəticədə elm öyrənməkdən get-gedə soyuyan bir nəsil əmələ gəldi. Təsəvvür edin ki, kiçik boşqabla yeməli olduğunuz yeməyi sizə qazanla təklif edirlər, hətta təcili həzm etməyinizi tələb edirlər.


Bu il artıq 10-cu ildir ki, müəllim işləyirəm. İllərin müşahidəsi onu göstərir ki, indi keçdiyimiz mövzunu şagirdlər növbəti tədris ilində daha yaxşı anlayırlar. Sadə bir nümunə deyim, məsələn, əgər VII sinifdə "Sadə faiz artımı düsturu”nu keçiriksə, şagird düsturu mexaniki əzbərləyir, məsələlərə tətbiq edir, lakin bunun mahiyyətini VIII sinifdə daha gözəl anlayır. Olmazdımı ki, bu mövzu elə VIII sinifdə keçirilsin?! Beləcə 100-lərlə nümunə göstərə bilərəm. Bəli, indi ürəyinizdən keçən səsləri də, eşidirəm: "Peşəkar şəkildə tədris olunsaydı, şagird anlayardı”. Cavabını verirəm: Xeyr! Nə qədər peşəkar müəllim olursan ol, şagird dərketməsinin müəyyən sərhədi var. 


İndiki təhsil sistemi söyüd ağacının dadlı, ləzzətli meyvələr bar verməsini gözləyir. Sözsüz ki, istisnalar hər zaman mövcuddur. Keçirilən mövzunu dərhal anlayan qabiliyyətli şagirdlər (sayılabiləcək qədər az) də, var. Amma ümumi götürsək, proqram şagirdlərin yaş səviyyəsin-dən çox ağırdı. Hər bir şagirdin "daşıyabiləcəyi yük” var. Əgər onu daha artığı ilə yükləsək əmin olun ki, daşımaqdan ya imtina edir, ya da, altında qalıb əzilir. İnkar etməklə deyil, mövcud vəziyyət budur.


Gəlin, dünyadakı uğurlu təhsil sistemlərinə nəzər salaq. Məsələn: Finlandiya. 200 ildir dəyişməyən təhsil sistemi ilə dünyada məşhurdur. Şagirdlər öyrəndikləri qədər əylənirlər. Gündəlik dərs saatlarının sayı təxminən 3 və ya 4 olur. Akademik saatları bir-birinə oyun oynaya biləcəkləri qədər uzun olan tənəffüslər bağlayır. Az-az, həm də zövq alaraq öyrənirlər. Bizdə isə əksinə. Valideyn dəstəyi olmadan şagird öz gücünə dərs yükünün altından qalxa bilmir. Yeni dərs ili başlayandan təxminən 10 gün sonra qarşımızda yorulmuş, bezmiş, baxışlarıyla mərhəmət tələb edən şagirdlər görməyimizin səbəbi sizcə başqa nə ola bilər? Valideyn məcburiyyəti və müəllim nəzarəti olmadan oxumaq istəyən şagird çox azdır. Bütün bunların səbəbi dərs yükünün həddindən artıq ağır olmağıdır. Mütləq və mütləq bir çarəsi tapılmalıdır. Əks halda, Azərbaycanın beş il sonrakı vəziyyətini təsəvvür etmək belə istəmirəm. 

 

Aynur Abbaszadə

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

"Kurikulum təkmilləşməlidir,  ləğv edilməməlidir.  Bunu tələb etmək çox gülünc görsənir”

"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Təmayüllü siniflərin təşkilində çətinliklər yaranıb

Təmayüllü siniflərin təşkilində çətinliklər yaranıb

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib -  Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib - Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

“Təhsilə indi rəhbərlik edənlər tənqiddən nəticə çıxarmağa çalışırlar” - MÜSAHİBƏ

“Təhsilə indi rəhbərlik edənlər tənqiddən nəticə çıxarmağa çalışırlar” - MÜSAHİBƏ

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."