Xəbərlər / Psixoloq / Valideyn
24 yanvar 2018
3 737


Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Ana olmaq böyük məsuliyyət tələb edir. Övladını böyütmək, qayğısına qalmaq, sevgi, nəvaziş vermək hər bir ananın məsuliyyəti çərçivəsində olsa da, bəzən analar övladlarını saxlamaq, bəzən isə karyera uğrunda işləməyə üstünlük verirlər. Belə olan şəraitdə isə uşaqlar yaxın qohumlara çox zaman isə dayələrə etibar edilir.


Dayə seçərkən analar çox zaman övladına yaxşı baxan səmimi, dürüst, etibarlı insan tapmağa çalışır. Əslində uşağın etibarlı yerdə olması, qorunması, yeməyinin yedirilməsi, yuxu zamanı yatırdılması analar tərəfindən kafi hesab edilsə də, təəssüf ki, yetərli deyil. Belə ki, mütəxəssislərə görə, körpənin inkişafı üçün boyunun uzanması və çəkisinin artması məqsədilə doğru qidalarla qidalandırılmaqla yanaşı, sevgi də, lazımdır. Uşaqla isti və sevgi dolu ünsiyyət quran, ana yox ikən onun yerinə onu qucağına alan, onunla danışan, əylənən birinin olması mütləqdir.


Psixoloqların sözlərinə görə laylalar, qarşılıqlı baxışıb gülümsəmələr, körpələrin ilk ünsiyyət bacarıqlarıdır. Və bildirirlər ki, uşağı hər "dayəyəm " deyənə etibar etmək olmaz. Bəzən 3-4 uşaq böyüdən qadınlar düşünürlər ki, yaxşı dayə ola bilərlər. Çox zaman yaşlı qadınlar dayə ola biləcəkləri haqqında elan verirlər. Amma hər bir valideyn övladını yaxşı anaya yox, yaxşı mütəxəssisə etibar etməlidir. Çünki, 3-4 övlad böyüdən qadının əsəbləri uşaq böyüdükcə pozula, gərginləşə bilər.


Buna görə də, dayə seçərkən yaxınların, qohumların məsləhəti ilə deyil, bu işlə məşğul olan xüsusi insanların yardımından istifadə etmək lazımdır. Dayə uşağın yaşına uyğun davranış qaydalarını bilməlidir. Bunun üçün isə xüsusi kurs keçmiş dayələrə üstünlük verilməlidir. Dayə 0-3 yaşlı uşağa uyğun davranış qaydalarını bilməli, uşaq və böyük arasında qarşılıqlı münasibət qurmağı bacarmalı, uşaqla oyun oynamalı, sərhəd qoymağı bacarmalı, uşağın yaşıdları ilə münasibət qurmasına yardım etməli, uşağın ünsiyyət, danışma və dil inkişafını dəstəkləməli, yeyib – içməsinə xüsusi nəzər yetirməli, təmizliyinə fikir verməli, geyinib – soyunmasına yardım etməlidir. Ümumiyyətlə uşağı ən azı 2 ayından sonra dayəyə etibar etmək olar.


Dayə yaxşı təhsil almış, şüurlu, mehriban, sağlamfikirli olmalıdır. Uşaq üçün seçilən dayə ən azı 20 yaşında olmalıdır. Çox azyaşlı və yaşlı şəxslərə o qədər də etibar etmək olmaz. Hər bir ana övladının dayəyə alışmasına yardım etməlidir. Uşağa onunla olacağını, ona baxacağını, onu yedirəcəyini, başa salmalıdır. Belə olduğu halda uşağın dayəyə alışması uzun müddət çəkmir. Bəzən valideynlər dayə seox gənc dayələrə üstünlük vermirlər. Düşünürlər ki, ana olmayan qadınlar uşaqla davrana bilməzlər. Amma unudurlar ki, dayəlik işdir. Və onlara uşağa baxmağa ana yox dayə lazımdır.


Son dövrlərdə internet mediada " dayə və uşaq” problemləri ilə tez – tez qarşılaşırıq. Bəzi valideynlər evlərinə kamera qoyub dayəni izləyir, bəziləri isə sadəcə uşağın dediyi ilə qane olurlar. Mütəxəssislər bildirirlər ki, uşaq üçün ana ilə olan münasibətdən önəmli heç bir şey olmadığından ən azı 3 yaşına kimi hər bir ana öz övladına baxmalıdır. 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Uşaqlarda davranış və hiperaktivlik

Uşaqlarda davranış və hiperaktivlik

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Maraq və sevgi uşağa necə əks etdirilir?

Maraq və sevgi uşağa necə əks etdirilir?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Övladlarla necə davranmalı?- Anaların diqqətinə!- Bunları etsəniz...

Övladlarla necə davranmalı?- Anaların diqqətinə!- Bunları etsəniz...

Ana-övlad münasibətləri - Əgər ana...

Ana-övlad münasibətləri - Əgər ana...

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu