Xəbərlər
27 yanvar 2018
7050

“Təhsil Nazirliyi LƏĞV EDİLƏCƏK, əvəzində isə…”- Ekspertlər danışır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Son vaxtlar Təhsil Nazirliyi ilə bağlı bir sıra iddialar irəli sürülür. Xeyli müddətdir ki, bu strateji postun boş qalması Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamaqla bərabər, müxtəlif suallar da yaradıb.


Sözügedən məsələ ilə bağlı Manevr.az-ın əməkdaşının sualını Xudu Məmmədov irsinin araşdırmaçısı, Qarabağ Hərəkatının başqanı Vasif Qurbanzadə, ekspertlər Kamran Əsədov, Nadir İsrafilov və Texniki Universitetin müəllimi Nailə Mirzəyeva cavablandırıb.


-Son zamanlar Təhsil Nazirliyi ilə bağlı müxtəlif iddialar irəli sürülür. Sizcə, təhsil nazirliyi ləğv edilə və yaxud hansısa nazirliklə birləşdirilə bilərmi? 

 

“Təhsil Nazirliyi LƏĞV EDİLƏCƏK, əvəzində isə…”- Ekspertlər danışır

 

Vasif Qurbanzadə: "Sistem gərək elə qurula ki..” -Əsla! Ümumilikdə təhsil sahəsinin köklü surətdə yenilənməsinə, saflaşmasına ehtiyac var. Lakin, bunun yolu nə nazirliyi ləğv etmək, nə də hansısa nazirlik və ya komitə ilə birləşdirmək deyil. Nazirin də, nazir müavininin də vəzifəsindən azad edilməsi normal haldır. Ancaq bu müddət ərzində nazir kürsüsünün boş qalmağı normal hal deyil. Təhsil nazirliyi dövlətin ən strateji orqanıdır. Hətta, deyərdim ki, dövlətin təhlükəsizliyinin təminatı və davamlılığı onun təhsilinin səviyyəsindən asılıdır. Daha çox bu sualla rastlaşırıq ki, kim təhsil naziri olsa təhsildəki mövcud problemlər həll olunar? Ancaq təhsildəki problemlərin həll olunması təkcə Təhsil nazirindən asılı məsələ deyil. Bu, cəmiyyətin bütün təbəqələrinin, həmçinin də ölkə rəhbərliyinin xüsusi həssaslıqla yanaşmalı olduğu məsələdir. Təhsil alana müştəri kimi baxmazlar. Təhsil alan məhsuldur, müəllim isə bu məhsulu becərən, çeşidləyən… Sistem gərək elə qurula ki, insanlar təhsil müəssisəsinə "diplom” və ya "attestat” adlı kağızdan ötrü gəlməyə. Təhsil ali məqsədlərə çatmaq üçün görülən tədbirin adı, sabahları işıqlandırmaq üçün günəşin özündən belə vacib bir nur planetidir. O planeti fəth etmədən insan özünü belə kəşf edə bilməz, nə ki, uzaq üfüqləri…

 

“Təhsil Nazirliyi LƏĞV EDİLƏCƏK, əvəzində isə…”- Ekspertlər danışır

 

Kamran Əsədov: "Təhsil Nazirliyi ləğv ediləcək, əvəzində isə…” İlk növbədə qeyd edim ki, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya” sənədinə və 2013-cü ildə təstiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın bəzi məqamlarını nəzərə alsaq, demək olar ki, Təhsil Nazirliyi ləğv ediləcək, əvəzində isə Elm və Təhsil Nazirliyi yaradılması labüddür. Hətta bir ay əvvəl tədqiqat universitetlərinin yaradılması, Təhsil nazirliyinə yeni geniş səlahiyyətlərin verilməsi və bu posta təyinatın hələ də baş tutmaması bu addımın atılmasını qaçılmaz edir. Elmi və təhsili bir-birindən ayırmaq düzgün deyil. Çünki elmsiz təhsil, təhsilsizsə elm ola bilməz. İkincisi, MDB məkanında Azərbaycan, Türkmənistan, Tacikistan və Moldovanı çıxmaqla, yerdə qalan ölkələrdə bu qurumun adı "Təhsil Nazirliyi” yox, "Elm və Təhsil Nazirliyi”dir. Əlbəttə, burada söhbət kimlərisə yamsılamaqdan yox, məntiqdən gedir. Bir halda ki, bizim universitetlərin əksəriyyəti Təhsil Nazirliyinin tabeçiliyindədir və onların nəzdində elmi-tədqiqat mərkəzləri (institutlar və laboratoriyalar) fəaliyyət göstərir, onda bu qurumu necə "Təhsil Nazirliyi” adlandırmaq olar?! Bundan başqa, həmin universitetlərin öz elmi şuraları, magistraturaları, aspiranturaları və doktoranturaları var. Bildiyimiz kimi, bu təsisatlar, təhsildən daha çox elmə yaxındır. Belə olan təqdirdə, universitetləri adında yalnız "təhsil” sözünü ehtiva edən Təhsil Nazirliyinin çətiri altında necə saxlamaq olar? Əgər biz, doğrudan da, qurumun adını "Təhsil Nazirliyi” kimi saxlamaq istəyiriksə, universitetləri onun tabeçiliyindən çıxarıb yaradılacaq hansısa yeni bir qurumun çatısı altına yığmalıyıq. Ola bilər, bəziləri soruşsun: Bəs niyə Türkiyədə də bizdəki kimi bu qurumun adı "Təhsil Nazirliyi”dir? Bu sualın çox sadə cavabı var: Bizdən fərqli olaraq, Türkiyədə universitetlər Təhsil Nazirliyinin yox, Yüksək Öyrətim Kurulu (YÖK) deyilən qurumun nəzarəti altında fəaliyyət göstərir. Hesab edirəm ki, yaxın günlərdə məhz bu kimi addımn atılması labüddür. Yənu təhsil sisteminə təhbərlik edəcək qurumun bundan sonra Təhsil nazirliyi adlanacağına ümid etmirəm. Yeni yaradılacaq nazirlik təhsilin məktəbəqədər hissəsindən tam hissəsinə qədər rəhbərlik, nəzarət funksiyasını yerinə yetirməlidir. Atılması ən ciddi addımlardan biri də ali məktəblərə qəbul, ali məktəblərin fəaliyyətinə nəzarətin həyata keçirilməsidir. Hesab edirəm ki, yeni nazir, yeni nazirlik 2014-cü ildən başlanmış müsbət tendensiyaları da davam etdirəcək. Amma 55 gündür təhsil sisteminin nazirsiz qalması təkcə şübhələri yox, eyni ilə təhsil siteminin yeni nazirlik adı altında fəaliyyət göstərəcəyini qaçılmaz edir. Yeni yaradılacaq qurum baxçaları, universitetləri yenidən öz tabeliyinə almalıdır ki, təhsil pillələri arasında vahidlik, ardıcıllıq, varislik qorunsun.

 

 

Nadir İsrafilov: "Hansısa bir dönüşün reallaşa biləcəyi istisna olunmur”. Təhsil Naziri postuna müəyyən müddət təyinatın olmaması müxtəlif şaiyə və versiyaların ortalığa çıxmasına səbəb olub. Bunu daha çox təhsil sistemində struktur dəyişikliyinin gözlənilməsi ilə əlaqələndirirlər. Hətta Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat institutlarının ləğv edilməsi, İdman və Gənclər Nazirliyinin Təhsil Nazirlyi ilə birləşdirilməsi söhbətləri də gedir. Akademiyanın Təhsil Nazirlyi ilə birləşdirilərək, vahid "Elm və təhsil nazirliyi”nin yaradılması məsələsi isə çoxdan bəridir ki, gündəmdədir. Necə deyərlər "Təhsil elmsiz, elm təhsilsiz ola bilməz.” Bir də ki, belə bir təcrübə dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Rusiya da olduğu halda bizdə niyə olmasın ki…? Hər halda bütün bu və digər mülahizələr versiyadır və gec-tez hansısa bir dönüşün reallaşa biləcəyi istisna olunmur. O da istisna olunmur ki, kadr təyinatları məsələsinə məhz struktur dəyişikliyindən sonra baxılsın. Mənim dediyim hökm deyil, sadəcə belə versiyalar var. Bununla belə istənilən halda Təhsil Nazirliyinin səlahiyyətlərinin artırılmasının tərəfdarıyam. Elə, götürək Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”, "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” və "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda etdiyi son dəyişikliklə Təhsil Nazirliyinə əlavə səlahiyyət verilməsinin hamı tərəfindən rəğbətlə qarşılanması faktını. Təhsil vahid bir sistemdir və vahid mərkəzdən də idarə olunmalıdır. Əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Digər mühüm bir məqam isə təhsil sahəsində dövlət siyasətini həyata keçirən ali idarəedici orqan məhz Təhsil Nazirliyidir. Təhsil Nazirliyinin səlahiyyətlərinin artırılması heç şübhəsiz ki, ilk növbədə "səlahiyyətlərin bərabər bölüşdürülməsi” və "funksiyaların yuxarıdan aşağıya paylaşdırılması” prinsiplərinin reallaşdırılması, idarəetmənin tənzimləmə və əlaqələndirmə funksiyalarının işlək hala gətirilməsininin tənzimlənməsi, təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Təhsil Nazirliyinə olan etimadın və təhsilimizin gələcəyinə olan inamın yüksəldilməsi, nəticələrə görə cavabdehliyın artırılması, təhsilin idarə olunmasında mobilliyin və çevikliyin təmin olunmasının şərtləndirilməsi, təhsildə varisliyin və fasiləsizliyin daha da gücləndirilməsi, "Dövlət Strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin daha səmərəli və vaxtında yerinə yetiriməsi zamanı qaşıya çıxa biləcək hər hansı bir maneə və əngəllərin operativ surətdə aradan qaldırılmasında mühüm rol oynaya bilər. Təhsil sistemində hər hansı bir struktur dəyişikliyi baş verdiyi halda hesab edirəm ki, təhsildə varislik və fasiləsizliyi təmin etmək məqsədilə ilk növbədə uşaq bağcalarının icra hakimiyyəti strukturlarından alınıb, Təhsil Nazirliyinin səlahiyyətlərinə verilməsindən başlanılmalıdır…

 

 

Nailə Mirzəyeva: "Bu söhbətlərin əsassız olduğunu düşünürəm” -Təbii ki, son zamanlar ölkədə aparılan kadr islahatları ilə əlaqədar bəzi məsul vəzifələr boşdur. Bu vəzifələrdən biri də təhsil nazirliyidir. Belə məsul bir postun boş qalması cəmiyyətdə birmənalı qarşılanmır və Təhsil Nazirliyinin hansısa qurumla birləşdiriləcəyi haqda söhbət gəzir. Ancaq uzun illər təhsil sahəsində çalışan əməkdaş kimi bu söhbətlərin əsassız olduğunu düşünürəm.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Yeni təhsil naziri kim olacaq? - Təyinat hələ də yubanır

Yeni təhsil naziri kim olacaq? - Təyinat hələ də yubanır

Nə edək ki, təhsilimizə yanaşma tərzimiz dəyişsin?

Nə edək ki, təhsilimizə yanaşma tərzimiz dəyişsin?

"Təhsil Nazirliyinin səlahiyyətinin artırılması təhsildə varislik və fasiləsizliyi daha da gücləndirəcək" - EKSPERT

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

ANALOQU OLMAYAN AZƏRBAYCAN TƏHSİLİ

ANALOQU OLMAYAN AZƏRBAYCAN TƏHSİLİ

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Nəyə görə "tənzimləmə" funksiyası yox "rəhbərlik" və "nəzarət" funksiyası?"

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

Məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir

Məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

Nə edək ki, təhsilimizə baxışımız, yanaşma tərzimiz dəyişsin?

Nə edək ki, təhsilimizə baxışımız, yanaşma tərzimiz dəyişsin?

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən