Xəbərlər
07 fevral 2018
3 676


Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

 

Təhsil Nazirliyində ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar Nazirlik tərəfindən görüləcək işlərə dair müşavirə keçirilib.
 
Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
 
Müşavirəni giriş sözü ilə açan təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov qeyd edilən Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyevin diqqətə çatdırdığı məsələlərdən söz açıb. Bildirib ki, ölkə başçısının rəhbərliyi ilə son 14 il ərzində Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb, bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələri, köklü iqtisadi islahatlar həyata keçirilib, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli şəkildə artıb.
 
Sonra Ceyhun Bayramov qeyd olunan proqram çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, aparılan islahatlar barədə məlumat verib. O qeyd edib ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91%) regionların payına düşür. O cümlədən ötən il ölkəmizin 40-dan çox bölgəsində 106 qəzalı vəziyyətdə olan təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Görülən işlərin davamı olaraq bu il də 41 rayonda 137 modul tipli məktəb inşa olunacaq.
 
Ceyhun Bayramov bildirib ki, son illərdə ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə məktəbəqədər təhsilin əhatə dairəsi daha da genişləndirilib. Təhsil Nazirliyi bütün ölkə ərazisində təhsilin keyfiyyət göstəricilərinə əhəmiyyətli təsir göstərən məktəbəhazırlığın əhatəliliyinin genişləndirilməsini prioritet hesab edir. 2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunub və 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib. Bu dərs ilində isə məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb.
 
Ceyhun Bayramov çıxışında beynəlxalq PIRLS qiymətləndirilməsində azərbaycanlı şagirdlərin nəticələrinin 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462-dən 472 bala yüksəldiyini, bu il PISA beynəlxalq qiymətləndirilməsinin keçiriləcəyini qeyd edib. Ceyhun Bayramov həmçinin, istedadlı uşaqların aşkar edilməsinin önəmini vurğulayaraq bildirib ki, həmin şagirdlərlə işin təşkili üzrə Olimpiadalara hazırlıq mərkəzləri fəaliyyətə başlayıb, beynəlxalq olimpiadalarda qazanılan medalların sayı artıb. Sevindirici haldır ki, beynəlxalq olimpiadalarda son 4 ildə qazanılan 116 medalın 58-i (50%) region məktəblərinin payına düşür. Son illərdə Respublika fənn olimpiadalarına maraq xeyli yüksəlib. Belə ki, ötən il Respublika fənn olimpiadalarının birinci mərhələsində 30 min nəfərə yaxın şagird iştirak edib. Olimpiadalarda qazanılan medalların 55 faizi bölgə məktəblərinin payına düşüb ki, bu da təhsilin inkişaf dinamikasında regionların göstəricilərinin əhəmiyyətli artımından xəbər verir. Bu il isə bilik yarışına 33 mindən çox şagird qatılıb.
 
Ceyhun Bayramov bu tədris ilində Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumi təhsil müəssisələrində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçiriləcəyini deyib.
 
Müşavirədə Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov son illərdə təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri sahəsində görülən işlərdən danışıb. Anar Axundov "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin sifarişi ilə təhsil müəssisələrinin tikildiyini, əsaslı təmir olunduğunu qeyd edib.
 
Anar Axundov həmçinin bildirib ki, cari il ərzində 137 modul tipli məktəbin quraşdırılması ilə yanaşı, 14 təhsil müəssisəsinin tikintisi, 15 təhsil müəssisəsinin, o cümlədən 2 peşə təhsili müəssisəsinin, "Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının yenidən qurulması, eləcə də 40 rayon üzrə 101 təhsil müəssisəsində qazlaşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
 
Daha sonra Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev "Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Famil Mustafayev peşə təhsili sistemində aparılan islahatlar çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisasların tədris olunması barədə geniş məlumat verib. Peşə təhsili müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması ilə bağlı görülən işlərdən danışan natiq ötən il Qəbələdə Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verildiyini deyib. Qeyd edib ki, 2016-2017-ci tədris ilindən başlayaraq həyata keçirilən "Asan Peşə” layihəsi bu tədris ilində bütün ölkəni əhatə edib. 2020-ci ilə qədər yenidən qurulması nəzərdə tutulan 10 pilot peşə təhsili müəssisəsi müəyyən olunub. Bildirilib ki, bu il 4 regionda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi üzrə Avropa İttifaqının qrant layihələri çərçivəsində işlər həyata keçirilir.
 
İnsan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının əhatə etdiyi dövr üzrə regionlarda pedaqoji kadr təminatı, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərdən söz açıb. Bildirib ki, 2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 140 mindən çox müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib, ölkə başçısının sərəncamına əsasən, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb.
 
Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan gənc müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirləri diqqətə çatdıran Eşqi Bağırov bu tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxunun ucqar bölgələrdə fəaliyyətə başladığını, hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stimullaşdırma tədbirlərinin tətbiq olunduğunu bildirib. Son illərdə müəllimlərin işə qəbulu zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər nəticəsində ucqar bölgələrdə vakant yerlərin tutulma səviyyəsi əhəmiyyətli dərəcədə artıb.
 
Ceyhun Bayramov müşavirənin işini yekunlaşdıraraq ölkə Prezidenti cənab İlham Əliyevin konfransdakı çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsi, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin 2018-ci il üçün Fəaliyyət Planının hazırlanması, habelə təhsilin keyfiyyət göstəricilərinin daha da artırılması ilə bağlı struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Qubada modul tipli məktəb istifadəyə verildi

Qubada modul tipli məktəb istifadəyə verildi

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Bu il ölkəmizdə 137 modul tipli məktəb tikiləcək

Bu il ölkəmizdə 137 modul tipli məktəb tikiləcək

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

Təhsil Nazirliyi Qubaya mediatur təşkil edib

Təhsil Nazirliyi Qubaya mediatur təşkil edib

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

İlin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək

İlin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Təhsil Nazirliyi hökumətə yeni təkliflər təqdim edəcək

Təhsil Nazirliyi hökumətə yeni təkliflər təqdim edəcək

Birləşdirilən peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Birləşdirilən peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək