Xəbərlər / H/N sənədlər / Manşet
10 may 2018
6 425


Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

 

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

 

"Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında dəyişiklik edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ    NAZİRLƏR KABİNETİ    QƏRAR    № 479

Bakı şəhəri, 24 noyabr 2016-cı il

"Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında dəyişiklik edilməsi barədə

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 372; 2011, № 3, maddə 235; 2013, № 5, maddə 567; 2014, № 5, maddə 571) ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi

                                        QAYDASI

1. Ümumi müddəa

1.1. Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasını tənzimləyir.

2. Ümumi təhsil haqqında dövlət sənədləri

 2.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. Ümumi təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur.

2.2. Ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir:

2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə);

2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli).

2.3. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat verilir.

2.4. Tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.

2.5. Ümumi orta təhsil haqqında attestata və tam orta təhsil haqqında attestata təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, təhsilalanın yekun attestasiyasının nəticələri (illik və imtahan) rəqəm və sözlə yazılır.

2.6. Tam orta təhsil haqqında attestatda "Təhsil aldığı təmayül" qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti yazılır.

2.7. Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında attestata ümumi orta təhsil səviyyəsində həmin fənlərdən tədris olunan saatların ümumi miqdarı və təhsilalanın bu fənlərdən yekun attestasiya nəticələri (illik) yazılır. *

 3. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın nümunələri

 3.1. Ümumi orta təhsil haqqında attestat 12.5x17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunur. Ümumi orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir. Ümumi orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ATTESTAT" və ya "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI" sözləri həkk olunur.
 
Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk edilir. Ümumi orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ATTESTAT" və ya "AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI" sözləri, ümumi orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılır. Ümumi orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılır. Daha sonra hər iki tərəfdə mətn ümumi orta təhsil haqqında adi attestatın, fərqlənmə attestatının nümunələrində göstərilən formada yerləşdirilir
 
(1 və 2 nömrəli əlavələr).

3.2. Tam orta təhsil haqqında attestat 12.5x17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunur. Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), tam orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, tam orta təhsil haqqında adi attestatın üzlüyü isə yaşıl rənglidir.
 
Tam orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə "TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT", "TAM ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI" və ya "TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT" sözləri həkk olunur. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk edilir.
 
Tam orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT", "AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI" və ya "AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT" sözləri, tam orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılır. Tam orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılır. Daha sonra hər iki tərəfdə mətn tam orta təhsil haqqında adi attestatın, fərqlənmə attestatının, xüsusi nümunəli attestatın nümunələrində göstərilən formada yerləşdirilir (3, 4, 5 və 6 nömrəli əlavələr).

3.3. Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda nömrələnmə A № 000001-dən başlayaraq, hər dəfə bir say artırılmaqla çap edilir. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsindən əvvəlki hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır.
 

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

 



 4. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın hazırlanması, saxlanılması və doldurulması

4.1. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap olunur.

4.2. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

4.3. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın uçotu Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində aparılır və onlar ciddi hesabat sənədləri kimi saxlanılır.

4.4. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisəsinin direktoru məsuliyyət daşıyır.

4.5. Ümumi təhsil müəssisəsində ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın alınması, qeydiyyatı, saxlanılması, uçotunun aparılması üçün ümumi təhsil müəssisəsinin direktoru tərəfindən məsul şəxs təyin edilir.

4.6. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın alınması və istifadəsi barədə məlumatlar ümumi təhsil müəssisəsində saxlanılan xüsusi qeydiyyat kitabında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ümumi təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında attestatların qeydiyyatı aparılır.

4.7. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat kalliqrafik xətlə qara mürəkkəbli qələmlə yazılır. Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda doldurulmamış qrafalara (-) yazılır. Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda düzəlişə və qaralamalara yol verilmir. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın möhür üçün ayrılmış yerində ümumi təhsil müəssisəsinin möhürü vurulur. Möhürün yazıları aydın oxunmalıdır.

4.8. Doldurulan zaman korlanmış ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat aktlaşdırılır və silinməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qaytarılır.

4.9. Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda məzunun soyadı, adı, atasının adı və doğulduğu tarix onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır.

4.10. Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda ümumi təhsil müəssisəsinin adı onun Nizamnaməsinə uyğun yazılır.
 

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

 



 5. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın verilməsi

5.1. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim edilir.

5.2. Ümumi orta təhsil haqqında attestatın, tam orta təhsil haqqında attestatın və ya onların dublikatlarının məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, sənədlər məzunun qanuni nümayəndəsinə (qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədlər əsasında) və ya məzunun adından çıxış edən digər şəxsə (notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında) verilir.

5.3. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın surəti məzunun şəxsi işində saxlanılır.

5.4. Məzunlar tərəfindən götürülməyən ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat doldurulmuş halda ümumi təhsil müəssisəsində saxlanılır.

5.5. Ümumi təhsil müəssisəsi ləğv olunduqda, ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.

5.6. Ümumi təhsil müəssisəsinin yenidən təşkili hallarında, bu və ya digər səbəblərdən ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat almayan şəxslərə ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat və ya onların dublikatları yenidən təşkil edilən ümumi təhsil müəssisəsinin hüquqi varisi olan təhsil müəssisəsi tərəfindən verilir.

5.7. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və daimi olaraq ümumi təhsil müəssisəsində saxlanılır.

5.8. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

5.8.1. sıra nömrəsi;

5.8.2. ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın seriyası və nömrəsi;

5.8.3. ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat alanın soyadı, adı və atasının adı;

5.8.4. ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın verilmə tarixi;

5.8.5. ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat alan və ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat verən şəxslərin imzası.

5.9. Ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatı itirmiş şəxslərə ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatının verilməsi barədə qeydiyyat eyni məlumatlar üzrə ayrıca kitabda aparılır.

5.10. Ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və "Azərbaycan müəllimi" qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir.

5.11. Ümumi təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatını verir.

5.12. Ümumi təhsil müəssisəsində ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatı arxiv sənədləri əsasında verilir.

5.13. Dublikat kimi verilən ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın sağ səhifəsinin yuxarı küncündə "Dublikat" ştampı vurulur.

5.14. İtirilmiş ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın əvəzinə arayış vermək qadağandır.

5.15. Ümumi orta təhsil haqqında attestatın, tam orta təhsil haqqında attestatın və ya onların dublikatlarının hazırlanmasına və verilməsinə görə ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat alanlardan heç bir ödəniş tələb edilə bilməz.
     

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

 

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

 

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

 

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

 



Qeyd. 2016-2017-ci və 2017-2018-ci tədris illərində ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini bitirmiş məzunların buraxılış imtahanı aparılan fənlər də daxil olmaqla, hər bir fənn üzrə yekun attestasiyasının nəticələri tam orta təhsil haqqında attestatın "illik" qrafasında bir qiymətlə yazılır.
________________

* Bu bənd tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu siniflərdə təhsil almış şagirdlərə şamil edilir.
 

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur

IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Bu il Bakıda yeni attestat alan məzunların sayı açıqlanıb

Bu il Bakıda yeni attestat alan məzunların sayı açıqlanıb

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Məktəblərdə şəhadətnaməni attestat əvəzləyib - RƏSMİ

Məktəblərdə şəhadətnaməni attestat əvəzləyib - RƏSMİ

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb

Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb

Bakıda eksternat imtahanlarına qeydiyyat başlayıb

Bakıda eksternat imtahanlarına qeydiyyat başlayıb

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

9-cu sinfədək oxuya bilməyənlər imtahan verdilər

9-cu sinfədək oxuya bilməyənlər imtahan verdilər

Təhsil İdarəsi "Son zəng" haqqında məlumat yaydı

Təhsil İdarəsi "Son zəng" haqqında məlumat yaydı

Eksternat imtahanlarının nəticələri AÇIQLANDI

Eksternat imtahanlarının nəticələri AÇIQLANDI

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

"Təhsil haqqında" qanuna dəyişiklik üçün Prezident fərman verdi

"Təhsil haqqında" qanuna dəyişiklik üçün Prezident fərman verdi

Əvvəlki illərdə orta məktəbləri bitirib sənəd ala bilməyənlər üçün imtahan keçirilib

Əvvəlki illərdə orta məktəbləri bitirib sənəd ala bilməyənlər üçün imtahan keçirilib

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb