Xəbərlər / Müəllim
02 iyun 2018
3 648


Müəllimlərin yerdəyişməsinə başlanılır

Müəllimlərin yerdəyişməsinə başlanılır

 

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə 4-11 iyun 2018-ci il tarixlərində iş yerini dəyişmək istəyən müəllimlər üçün onlayn qeydiyyata start verilir. Namizədlər http://miq.edu.az/  saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Təhsil Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” qaydalarına əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.

İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

Qeydiyyat zamanı namizədlər şəxsiyyət vəsiqəsinin fin kodu ilə qeydiyyatdan keçdikdən sonra onlara sistem tərəfindən müvafiq iş nömrəsi və parol təqdim olunur.

Şəxsi səhifəyə daxil olan hər bir namizəd ilk olaraq hazırda işlədiyi ümumi təhsil müəssisəsinin adını, tədris etdiyi fənni, bölməsini qeyd etdikdən sonra onun diaqnostik qiymətləndirmədə və ya müəllimlərin işə qəbulu müsabiqəsində topladığı ballar sistem tərəfindən görünəcək. Əgər namizəd işə qəbul üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak etmişdirsə, müsabiqəyə qatılmaq istədiyi balı seçməlidir. Daha sonra iş yerini dəyişmək istəyən müəllim şəxsi, təhsil və digər zəruri məlumatları daxil edir. Digər məlumatlar bölməsində namizəd iş yerini dəyişməsinin səbəbini, müvafiq sosial amilləri qeyd etməli və təsdiqedici sənədləri yükləməlidir.

Son olaraq namizəd vakansiya seçimi bölməsinə daxil olub, istəyi üzrə vakant yer seçimini etməlidir. Namizədlər elektron ərizələrində yerdəyişmə istədikləri 4 vakant yeri göstərə biləcəklər.

Yuxarıda qeyd olunan qaydalara uyğun olaraq, müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurularaq hesablanır. Belə ki, həyat yoldaşı  hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 artım əmsalına vurularaq hesablanmalıdır.

Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra iş yerini dəyişmək imkanı qazanan hər bir namizəd şəxsi işi ilə birlikdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinə dəvət ediləcəkdir. Mərkəz əməkdaşları namizədlərin şəxsi məlumatlarını araşdırdıqdan sonra müvafiq qərar qəbul ediləcəkdir.

Müəllimlərin yerdəyişməsinə başlanılır

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

"Bu il müəllimlərin yerdəyişməsi müsahibə və ya müsabiqəsiz həyata keçirilib"

"Bu il müəllimlərin yerdəyişməsi müsahibə və ya müsabiqəsiz həyata keçirilib"

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlər üçün yeniliklər - Yerdəyişmədə müəllimin hansı balı nəzərə alınır?

Müəllimlər üçün yeniliklər - Yerdəyişmədə müəllimin hansı balı nəzərə alınır?

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

700-800 nəfər müəllimin iş yerinin dəyişməsi gözlənilir

700-800 nəfər müəllimin iş yerinin dəyişməsi gözlənilir

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Bu il qəbulda əcnəbilər də  iştrak edəcəklər.

Bu il qəbulda əcnəbilər də iştrak edəcəklər.

Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarda edilən dəyişikliklər

Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarda edilən dəyişikliklər

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq

Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib