Xəbərlər / İnnovasiyalar
26 iyul 2018
2 774


Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

 

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın Fəaliyyət Planına uyğun olaraq, 2018-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 46 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.

Təhsil Nazirliyindən verilən məlumata görə, indiyədək ATŞ-ə qoşulmuş 2370 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb. 2018-2019-cu tədris ilində əlavə olaraq 485 təhsil müəssisəsinin də ATŞ-yə qoşulması nəzərdə tutulub. Hazırda ATŞ-yə qoşulmuş ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 82%-nə və pedaqoji heyətin 72%-nə faizinə bərabərdir.

ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yayılmasını təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər.

İnternetin geniş miqyasda informasiya mənbəyi olduğunu nəzərə alaraq, bu məlumatların yaş məhdudiyyəti olmadan nəzarətsiz yayılmasının qarşısının alınması və  uşaqların arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması məqsədi ilə ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet filtrasiya sistemi tətbiq olunur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.

Onu da qeyd edək ki, cari ilin 22 iyun tarixində Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası arasında "Avropanın elm və təhsil qurumları üçün kompüter şəbəkəsi”nin (GEANT) yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə Avropa Birliyinin "EaPConnect” layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və "EaPConnect” layihəsi çərçivəsində GEANT Şəbəkəsinə qoşularaq institutun əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə təqdim edilməsi məsələləri öz əksini tapıb. Tədbirdə GEANT Şəbəkəsinin Avropada 3500-dən çox təhsil müəssisəsini (30-dan çox ölkə) birləşdirən multi-giqabayt internet şəbəkəsi olması, təhsil ehtiyaclarından əlavə olaraq, İP xidmət keyfiyyəti (QoS), Multicast, virtual özəl şəbəkə ilə təmin etməsi, məlumatların ötürülmə sürətinin 1-dən 10  giqabayt saniyədə təşkil etməsi, elektron kitabxana və resurslara giriş imkanının olması kimi üstünlükləri qeyd edilib.
 
Aztehsil.com
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

Valideynlərin internetə nəzarət etməsi üçün qurğu -Bununla övladlarınızın...

Valideynlərin internetə nəzarət etməsi üçün qurğu -Bununla övladlarınızın...

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

Prezidentdən vacib sərəncam: Azərbaycan dili elektron məkanda daha geniş istifadə olunacaq

Prezidentdən vacib sərəncam: Azərbaycan dili elektron məkanda daha geniş istifadə olunacaq

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Müəllimlərin İşə Qəbuli ilə bağlı yeni qaydalar təsdiq olunub

Müəllimlərin İşə Qəbuli ilə bağlı yeni qaydalar təsdiq olunub

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Daha bir universitet təhsil haqlarını aşağı saldı

Daha bir universitet təhsil haqlarını aşağı saldı

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ