Xəbərlər / Ziyalılar
12 avqust 2018
4 217


"Elm öyrənmək heç zaman gec deyil"...Bəs ahıl yaşda tələbə olmağın anlamı nədir? AÇIQLAMA

 

Abituriyentlərin qəbul imtahanında həmyaşları ilə yanaşı, onlardan çox böyük 50-60 yaşlı namizədlər də imtahan verdilər. Görəsən ötən əsrin ortalarından qalma yaşlı nəsli ömrünün bu çağında imtahan verməyə nə maraqlandırır? Onların hər hansı bir ixtisasa yiyələnməsi və oxumasına sərf olunan zaman elə özlərinin pensiyaya çıxmaq yaşına gəlib çıxır. Və ya belə sual da əlavə etmək olar ki, bu yaşda əldə olunan biliklər üzü ahıllığa doğru hansı nəticəni verəcək, onlar bu bilidən ömrün solmağa başlayan çağlarında necə istifadə edəcəklər? Bu sualların ətrafında təhsil eksperti Nadir İsrafilov öz düşüncələrin Aztehsil.com-la bölüşüb.
 
Amerikalı tanınmış filosof və pedaqoq Con Dyuinin məşhur bir kəlamı var:  "Təhsil həyata hazırlıq deyil; təhsil həyatın özüdür.” Digər bir amerikalı  filosof, sosioloq, futroloq Alvin Tofflerə görə isə "21-ci əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir.”  Yəni göründüyü kimi bir məfhum olaraq, təhsil” praktik fəaliyyət üçün gərəkli olan biliklərin və müvafiq bacarıq və səriştələrin məcmusu” anlamına gəlir. YUNESKO-nun müəyyən etdiyi beynəlxalq tərifə görə də, təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Başqa sözlə, təhsil dedikdə yalnız formal təhsil, yəni məktəb və ya universitet təhsili nəzərdə tutulmur. "Təhsil həyatın müxtəlif çağırışlarına hazırlıq üçün uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir.”  Con Dyuinin təbirincə desək, ən geniş anlamda təhsil həyatın sosial davamı üçün bir vasitədir. 
Bu mənada Respublikamızda da dünya təcrübəsinə əsaslanaraq və "Oxumaq heç vax gec deyil” prinsipindən çıxış edərək yaşlıların təhsilinin təşkilinə heç bir məhdudiyyət qoyulmur. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının "ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI”  fəsilnin (III fəsil) "Təhsil hüququ”  maddəsində  (maddə 42.) bir mənalı şəkildə qeyd olunur ki, "Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.” 
 

"Elm öyrənmək heç zaman gec deyil"...Bəs ahıl yaşda tələbə olmağın anlamı nədir? AÇIQLAMA

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq  edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış və ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın əlavə təhsilinin istiqamətini, məzmununu, formasını, təşkilini və onlara müvafiq sənədin verilməsi qaydalarını müəyyən etmişdir. "Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır.”
 
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.
 
Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.
 
Bildiyim qədər, son 10 il ərzində ölkəmizdə yaşı 50-dən çox olan 100-dən çox abituriyent ali məktəbə sənəd verib ki, onların arasında ən yaşlısı
səhv etmirəmsə 71 yaşında olub. Yaşlı abituriyentlərin arasında ali məktəbə qəbul olanlar da olub, müsabiqə şərtlərini ödəyə bilməyənlər də. 
Hazırda ölkəmizdə 50-60 yaş arasında tələbəlik həvəsində olanların sayı bəlkə də 50-60-ı keçib. Bunlar əsasən qarşısına ikinci diploma, əlavə peşəyə yiyələnmək məqsədi qoyanlardır.
 
Rusların bir məsəli var: "Кашу маслом не испортишь.” Yaşından və mövqeyindən   asılı olmayaraq, təhsil almaq və ya əlavə ixtisasa yiyələnmək heç vaxt geç deyil, təki, aldığın təhsilin və əlavə peşənin özünə və cəmiyyətə bir faydası olsun. Necə ki, 96 yaşlı yaponiyalı Sigemi Hirata Kioto İncəsənət və Dizayn Universitetinin diplomunu alıb., bununla da o, ali təhsil diplomu almış ən yaşlı insan kimi "Ginnessin rekordlar kitabı"na düşüb.






Загрузка...
Həmçinin oxuyun:
"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

İxtisasartırma təhsili kredit-modul sistemində

İxtisasartırma təhsili kredit-modul sistemində

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

Təhsilin məzmunu

Təhsilin məzmunu

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Yeni Təhsil Naziri ilə ümidlər ,gözləntilər...

Yeni Təhsil Naziri ilə ümidlər ,gözləntilər...