Xəbərlər, MÜƏLLİM
08 yanvar 2019
1829

Müəllimlərin maaşına təsir edən amillər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Müəllimlərin maaşına təsir edən amillər

 

 
 
Aylıq əmək  haqqısının  artmasını  istəyən müəllimlər oxuduqları təhsil pilləsi, məktəb seçimi və s. bir sıra təsiredici amillərə diqqət yetirməlidirlər. 
 
Orta ixtisas, bakalavr və ya magistratura məzunu olmağınız – Təbii ki müəllimlərin maaşı hesablanərkən müəllimin hansı təhsil pilləsindən məzun olduğu əhəmiyyət kəsb edir. Orta ixtisas təhsilli şəxslərlə ( kollec məzunları), ali təhsilli şəxslərin maaşında müəyyən qədər fərq olur.

Lakin müəllimləri, xüsusən də pedaqogika ixtisası üzrə təhsil alan tələbələri çaşdıran məqamlardan biri də magistratura təhsili ilə bağlıdır.

Magistratura təhsili maaş hesablanmasında nəzərə alınırmı? Təəssüf  ki, magistratura təhsili maaş artımına təsir göstərmir. Məhz buna görə də, onlayn kalkulyatorda da seçim kimi magistratura təhsilli variantı yoxdur.

Həmçinin, bu, dərəcəyə də təsir göstərmir. Yəni bakalavr təhsillilər 10-cu dərəcə olduğu kimi, elə magistratura dərəcəsini bitirənlər də 10-cu dərəcə hesab olunur.

Qeyd edək ki, universiteti ( bakalavrı) fərqlənmə diplomu ilə bitirmisinizsə, əmək haqqına, təxminən, 10 manat əlavə olunur.

Müəllimlərin  İşə Qəbulu və ya Diaqnostik Qiymətləndirmədə topladığınız bal: 

- Təhsil Nazirliyinin onlayn kalkulyatorunda da  ilk sual məhz Diaqnostik qiymətləndirmə ilə bağlıdır. Bu sualda təqdim olunan iki variantdan (Keçib*, Keçməyib*) birini mütləq seçməlisiniz.

MİQ və DQ imtahanlarından keçən müəllimlər keçib, "*” variantını seçirlər. 2017-2018-ci tədris ilində MİQ imtahanı ilə müsabiqədən keçərək işə qəbul olunan müəllimlərin maaşı artım ilə yalnız  yanvardan sonra hesablanırdı. Ona görə, müəllimlər keçməyib*i seçməli idilər. İndi isə elə ilk aylardan MİQ-dən keçən müəllimlərin maaşı artımla hesablandığı üçün həmin şəxslər ilk sualda keçib* variantını klikləyirlər.

Müddətli müqavilə ilə işə düzəldiyiniz  zaman da keçib "*” variantını seçməlisiniz. Belə olan halda, pedaqoji staj hissəsinə isə 0-3 illik staj yazılmalıdır. Çünki, müddətli müqavilə ilə iş pedaqoji staj hesab olunmur. Müddətli müqavilə ilə işləyən müəllim digər məktəbdə müddətsiz müqavilə ilə işləmiş və müəyyən əmək stajı olsa belə, onun müddətli ilə işlənən məktəbdəki əmək haqqına aiddiyyatı yoxdur. Hər məktəbdən alınan maaş, dərs yükü və müddətli və ya müddətsiz olmasına görə ayrı-ayrı hesablanır.

Pedaqoji stajı – Müəllimin stajı aylıq vəzifə maaşına təsir edən əsas amillərdəndir. Bu zaman staj 3 ilə qədər, 3-8 il arası, 8-13 il arası, 13-18 il və 18 ildən çox  olaraq nəzərə alınır.

Müəllimlərin stajına görə aylıq vəzifə maaşlarını təqdim edirik:

Ali təhsilli müəllimlər:

İş stajı 3 ildən az olanlar - 350 (manatla)

İş stajı 3 ildən 8 ilədək olanlar - 375

İş stajı 8 ildən 13 ilədək olanlar - 395

İş stajı 13 ildən 18 ilədək olanlar - 420

İş stajı 18 il və daha çox olanlar - 450

Orta ixtisas təhsilli müəllimlər:

İş stajı 3 ildən az olanlar - 320 (manatla)

İş stajı 3 ildən 8 ilədək olanlar - 335

İş stajı 8 ildən 13 ilədək olanlar - 350

İş stajı 13 ildən 18 ilədək olanlar - 370

İş stajı 18 il və daha çox olanlar – 385

Elmi dərəcə, kitab müəllifliyi və s. – Təsir edən amillərdən biri də məhz elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəllifləri ilə bağlıdır. Yuxarıda sadalanananlardan istənilən biri olduğu halda maaşa 45 manat əlavə olunur. Fəlsəfə doktoru olduğunuz halda 60, elmlər doktoru olanda isə maaşa 100 manat əlavə olunur. "Əməkdar” fəxri adında 100 manat, "xalq” fəxri adında isə maaşa 150 manat əlavə nəzərdə tutulur.

Qeyd edək ki, əməkdar və xalq fəxri adları üçün vergi tutulmur.

İşlədiyiniz məktəb haqqında (Müəssisənin tipi və əmək şəraiti) - Maaş artımına təsir edən bir amil də məhz işlədiyiniz məktəbin tipi və əmək şəraiti ilə bağlıdır.  Müəllimlər maaşlarını hesablayarkən işlədikləri məktəbin əmək şəraitini məktəb rəhbərliyindən öyrənə bilərlər.Əmək şəraitinin ağır və zərərliyinə görə əməkhaqqına əlavələr aşağıda qeyd olunanlara əsasən müəyyənləşir:

Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq, sahillə quru yol əlaqəsi olduqda:

- 1 müəllim stavkasının 40%-i quru yol əlaqəsi olmadıqda və sahildən 0,5 km-ə qədər - 1 müəllim stavkasının 50%-i;

-  0,5-70 km-ə qədər - 1 müəllim stavkasının 65%-i;

- 70 km-dən çox - 1 müəllim stavkasının 75%-i.

Susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən müəssisə, idarə, təşkilatlar:

   - 20-40 km - Ümumi dərs yükünün 20%-i;

    - 40 km-dən çox - Ümumi dərs yükünün 40%-i;

Dəniz səviyyəsindən hündürlükdə yerləşəməsinə görə:

     -1200-1500 metr - Ümumi dərs yükünün 10%-i;

     -1500-2000 metr - Ümumi dərs yükünün 20%-i;

     -2000 metrdən yuxarı - Ümumi dərs yükünün 30%-i;

Həmçinin...

İşlədiyiniz məktəbin lisey olması və ya fiziki məhdudiyyətlilər üçün nəzərdə tutulması da sizin maaşınıza təsir göstərə bilər. Ümumtəhsil məktəblərində işləyən müəllimlərin əməkhaqqısına əlavə olunmur. Əgər iş yeriniz nizamnaməsi olan məktəb-liseydirsə, ümumi dərs yükünün 15%-i qədər əməkhaqqı artırılır. Lisey və gimnaziyalar, ümumtəhsil internat məktəbləri, internat tipli lisey və gimnaziyalarda ümumi dərs yükünün 15 %-i, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərində isə ümumi dərs yükünün 50 %-i maaşa əlavə olunur.

Onlayn kolkulyatorda tədris olunan fənnin adını seçdikdən sonra ümumtəhsil və lisey siniflərində dərs yükü, həmçinin ay ərzində tədris olunan dərnək saatları yazılır.

Pedaqoji profilli  ali  və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssisləri stimullaşdırmaq üçün şəhər mərkəzindən yerləşmə məsafəsinə görə əlavə həvəsləndirmə ödənişi tətbiq edilib. Bu məsafədən asılı olaraq dəyişir. H1 gənc müəllimlərə o halda verilir ki, müəllim şəhərdən 20 km-dən az uzaqlıqda yerləşən məktəbdə dərs deyir. H2 isə, məktəb mərkəzdən 20 km məsafədən daha uzaq olduğu halda verilir.

H1 – maaşa əlavə 60 manat (vergi tutulmur)
H2 – maaşa əlavə 160 manat (vergi tutulur)

Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarına əsasən tətbiq olunur.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Əvəzetmə ilə işləyən müəllimlərin maaşı belə hesablanır – Nümunəli izahı

Əvəzetmə ilə işləyən müəllimlərin maaşı belə hesablanır – Nümunəli izahı

Müəlllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

Müəlllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

Ümumtəhsil məktəbində müəllimin əmək funksiyası  ( Yeni TİVTSK-dan)

Ümumtəhsil məktəbində müəllimin əmək funksiyası ( Yeni TİVTSK-dan)

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

Maaşlarımız nə qədər - ARTDI?

Maaşlarımız nə qədər - ARTDI?

Bu şəxslərin əməkhaqqı artırılıb - Staja görə...

Bu şəxslərin əməkhaqqı artırılıb - Staja görə...

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Əmək Məcəlləsinə ciddi dəyişilik edildi

Əmək Məcəlləsinə ciddi dəyişilik edildi

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

SUAL -  10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulu hansı qaydada həyata keçirilir?

SUAL - 10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulu hansı qaydada həyata keçirilir?

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Məktəbdə işləyən MÜƏLLİMİN  Əmək funksiyası

Məktəbdə işləyən MÜƏLLİMİN Əmək funksiyası

Məktəbdə Dərnək Rəhbərinin  Əmək funksiyası

Məktəbdə Dərnək Rəhbərinin Əmək funksiyası

Məktəbdə Uşaq Birliyi Rəhbərinin Əmək funksiyası

Məktəbdə Uşaq Birliyi Rəhbərinin Əmək funksiyası

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Uşaq Birliyi Rəhbərinin əmək funksiyası

Uşaq Birliyi Rəhbərinin əmək funksiyası