Xəbərlər, Yazarlar, Ziyalılar
15 yanvar 2019
812

Sevilən bədii qiraət ustası Ağalar Bayramovun 65 yaşı tamam olur.

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sevilən bədii qiraət ustası Ağalar Bayramovun 65 yaşı tamam olur.

 

 

  

Yanvarın 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı” kafedrasının dosenti, respublikanın əməkdar artisti, sevilən bədii qiraət ustası Ağalar Bayramovun 65 yaşı tamam olur.

 

Səsin çəkdiyi sözün şəkli canlıdı, o öz qan dövranını ədəbi sözün, obrazlı sözün, qüdrətli sözün dopdolu kapilyarlarından dürüst diaqnozla tənzimləyir. 

Xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizə yolları, bu yollarda başımıza gətirilənlər, - döyüş səngərlərindəki şücaətlərlə yanaşı xəyanət cızan qara əməllər, ana-bacılarımızın göz yaşlarından keçən ah-nalələri,- və bu mənzərələri özündə əks etdirən şeir nümunələri Ağalar Bayramovun səsində daha da möhtəşəmlik qazanır, ahəngdar səs axarına yönəlir, səsin cazibəsində sözün şəkli daha təbii formasına düşür. Rəssam səsə malik sənətkarın ifasında çağırış motivli şeirlərdən tutmuş lirik ovqat yaradan ədəbi çırpıntılara kimi hər misra, hər beyt bənzərsiz yaşam qazanır. Bu yaşamın içində sənətkarın xoşbəxtliyi zövq verə bildiyi dinləyicinin könül xoşluğu ilə davamlı təmas yaradır.

Ağalar Bayramovun səsindəki rənglərin təcəssümü səs-rəng aspektində bir nişan, ağlı-qaralı nə varsa hər şeyin fonunda bir işıq, səs tezliklərindən əmələ gələn möhtəşəm bir dalğa yaradır. Bu dalğanın çevrələri Çanaqqala şəhidlərinin ölməz fədakarlığından, Xocalı fəryadının qisas gününü gözləyən məqamlarından, Daşaltı döyüşlərinin ağır və acı dərslərindən boylanan dərs yükündən, əsarətdə çırpınan Xarı bülbülün xar olan duruşundan keçir. 

Klassik şairlərin yaradıcılığından tutmuş müasir qələm ustalarının yaratdıqları ədəbi nümunələrədək ana xətti təşkil edən bu mövzuda Vətən uğrunda aparılan mücadilələrlə yanaşı döğma yurdun qədim tarixi və füsunkar təbiətinin əsrarəngiz gözəllikləri hər bir xalqın özünəməxsus xarakterinə uyğun marş və himnlərinə çevrilmişdir.

20-ci yüzilliyin ən böyük söz adamlarından biri, Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun "İstiqlal” marşı Ağalar Bayramovun ifasında tarixin uzaq keçmişindən uzun bir yol keçib gələn azman türk oğlunun cəngavərlik salnaməsi kimi çox təbii notlarla ifadə olunur, səslənir. Asiya və Avropanın qovuşan yerində doğulan bu monolit şeir nümunəsi öz içində yaşadığı dövrün qabarma-çəkilmələrini bütün təfərrüatı ilə əks etdirən, türk dünyasının elmi-islami, ozan-qəhrəman, mərd-xeyirxah keyfiyyətlərini, ölməz ruhunu tərənnüm edir:

Dalğalan sən də şafaklar kimi ey şanlı hilal!

Olsun artık tökülən qanlarının həpsi halal.

Ebediyyət sana yok, irkıma yok, izmihlal:

Hakkıdır, hür yaşamış, bayrağımın hürriyyət,

Hakkıdır, Hakka tapan, millətimin istiklal!

Bu əsərin Ağaların dilində səslənişi hardasa dünyaya müjdə verən 

türk əsrinin möhtəşəm qədəmlərinə qarşı dünyanın bəzi çevrələrindən uzanan qısqanc münasibətləri açıq-aşkar təyin edə bilir, düşmənlərin psixoloji durumunu gözəl açır, ilahi ədalətin izahını gurultulu və şaqraq tərzdə ifadə edir.

Çeçen xalqının döyüşkən ruhunu tərənnüm edən milli marşında igidlər "gecə qurdlar doğanda” dünyaya göz açan, "anasından qartal yuvasında süd əmən”, "savaşı yəhər üstə atalarından öyrənən”, "Ya ölüm, ya Azadlıq!” deyib qayaları sıxaraq su kimi gözünə təpən, canını xalqına, yurduna fəda edən xarakteri təsvir olunur. Bu xarakter şairin hər misrasında sal qaya parçası kimi əyilməz, çökməz, ovulmaz olur, bu qaya parçasının sərtliyindən doğan mətin iradə, yenilməz cəsarət çeçen ordusu kimi son damla qanınadək vuruşmaq keyfiyyətlərini və döyüş əzmini ifadə edir. Bu ifadə möhtəşəm qiraət ustasının sənətkarlığı sayəsində daha da güclənir, təsir dairəsini daha da genişləndirir:

Dəmir dağ qurğuşun tək ərisə başdan-başa, 

Yenə qalib gələrik biz ölümə, savaşa,

La ilahə illəllah !

Bəzən mənə elə gəlir ki, Ağaların dilində səslənən Vətən mövzulu şeirlərin əlindən tutub dünyanın soydaşlarımızın səsi, nəfəsi dəyən bütün ərazilərini gəzib dolaşmaq ehtiyacı yaranır. Bu gəzintiyə yaşından, cinsindən və peşəsindən asılı olmayaraq bütün vətənpərvər soydaşlarımızı cəlb etmək gərəkir.

Axı, Vətən!-deyib ötən səsdən boylanaraq bu yurda baxanda Vətən daha da maraqlı görünür, bu marağın içində çox şey yada düşür, çox itkilər göz önündə canlanır, çox yaraların qaysağı qopur!

Nə xırman bir, nə dən birdi,

Döyən min-min, bədən birdi,

Mən ha deyim Vətən birdi

İkidi Araz dilində...

Ağalar heç vaxt söylədiyi şeiri anlatmır, onu dinləyiciyə yaşadır, daha doğrusu, Ağaların səsində şeirin canı, qanı dinləyicinin canına, qanına qarışır. Bütöv yaşantı yaradır.

Səttarxanın Azərbaycan marşı bu qəbildən özünəməxsus yer tutur:

Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!

Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!

Ey Vətənim, qarı düşmən bağrını alqan eylədi,

Soydu rəzalətlə səni, zülmlə talan eylədi,

Bağlarını vurdu xəzan, gör necə viran eylədi,

Zülmət çöküb, dondu zaman, Azərbaycan, Azərbaycan!

Yeri gəlmişkən, M.Ə.Sabirin ideya, bədii təsir gücü ilə xüsusi seçilən "Səttarxana” adlı şeirində İran inqilabının sərkərdəsi Səttarxana, onun fədailərinin şah qoşunları üzərindəki parlaq qələbəsinə həsr edilib. Milli xalq qəhrəmanının şəninə həsr edilmiş şeirdə Təbriz fədailərinin mütləqiyyət üzərindəki qələbəsi coşqun İlhamla yazılıb. Satirik ruhlu Sabir şeirinin bu nümunəsi daha çox bu gün aktualdır. Qələbə gözləyən bizlər üçün...

Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa,

Dustü düşmən əl çalıb eylər sizə səd mərhəba,

Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa

Cənnəti-əladə peyğəmbər sizə eylər dua.

Bu şeir parçaları bu gün daha çox oxunmalı, dinlənilməlidir... Ümumiyyətlə, Sabir bu gün daha çox oxunub öyrənilməlidir... Ağaların səsi də elə bunu deyir.

Ağalar şeirləri səngər boyunca ürəyi ilə, varlığıyla keşik çəkən mərd oğullara, alın təriylə qurub yaradan zəhmət adamlarına, bir-birinə könül verib keşməkeşli həyata atılan sağlam gənclərə, təndir başında yapdığı çörəyin ətri ətrafa yayılan ana-bacılara, tələbələrə, şagirdlərə,- hamıya oxuyur, Vətən ətrini və Qələbə qoxusunu hər kəsə dadızdırmağa çalışır, özü də Məmməd Arazın dili ilə:

Azərbaycan- mayası nur, qayəsi nur ki...

Hər daşından alov dilli ox ola bilər.

"Azərbaycan” - deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

deyir.

Bir də Abbas Səhhətin təbirincə deyir ki:

Şişə çəksəz də diriykən ətimi,-

Atmaram mən Vətənü millətimi.

Vətəni səsiylə gəzir Ağalar. Səsiylə bütöv Azərbaycanı dolaşır,- Arazı adlayır, Təbrizi ötür, Savalanın qarına sürtür yanğısını, Samurdan keçir, yetim və qədim Dərbəndin 5000 ilin o üzündəki tarixi mənbəyini səsiylə yerindən tərpədir, Dəmirqapının şəhərin dalğalarıyla öpüşən nisgilini beyt-beyt soydaşlarımıza çatdırır, Göycə göynərtisini Borçalı harayına büküb səsiylə sərhədləri qıra-qıra tufan qoparır, hayqırır, Qarabağın dağlı-aranlı kədərini Quşçulardan, Malıbəylidən, Şellidən, Daşaltıdan qoparıb səsinin ləngərinə çırpır, ürəyini çırpa-çırpa Laçından, Kəlbəcərdən keçirdir, Şuşaya boylana-boylana nə vaxtsa (bəlkə elə bu günlərdə) yaralı bir daşa sancılacaq Azərbaycan bayrağının kölgəsi düşən yeri öpməyə hazırlaşır:

Sənsən Azadlıq eşqim, sənsən Hürr deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı,

Azərbaycan bayrağı!

Əziz dostum Ağalar Bayramovu təbrik edirəm! Arzu edirəm ki, külli Qarabağı görkəmli sənətkarın səsiylə "Qələbə” marşına bələyək!


Ramiz Qusarçaylı

DİQQƏT! Direktor.az saytı məktəb rəhbərləri üçün metodik saytdır !




DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...

Həmçinin oxuyun:
20 Yanvara həsr olunmuş xüsusi dərslər

20 Yanvara həsr olunmuş xüsusi dərslər

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

Tədris müəssisələrində 20 Yanvar dərsləri – mövcud praktika və yeni formatlar

Tədris müəssisələrində 20 Yanvar dərsləri – mövcud praktika və yeni formatlar

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

LDU-da “Rus dilində türkizmlər”  mövzusunda elmi seminar keçirildi

LDU-da “Rus dilində türkizmlər” mövzusunda elmi seminar keçirildi

Ana əllərindən öpən GENERAL...

Ana əllərindən öpən GENERAL...

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

QARABAĞLIYAM

QARABAĞLIYAM

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

Türk millətini Demakratiya uğrundakı mübarizədə QƏLƏBƏ münasibəti ilə TƏBRİK EDİRİK !

Türk millətini Demakratiya uğrundakı mübarizədə QƏLƏBƏ münasibəti ilə TƏBRİK EDİRİK !

Mən o zaman uşaq idim...Ağalar  Bayramov

Mən o zaman uşaq idim...Ağalar Bayramov

Vətən,Millət və Din - Kamran Əhmədov

Vətən,Millət və Din - Kamran Əhmədov

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Vətənə sədaqətli insan  Mirhaşım Talışlı - 90

Vətənə sədaqətli insan Mirhaşım Talışlı - 90

İNSANIN DƏYƏRİNİN ONUN XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLMƏSİ BARƏDƏ- hekayə

İNSANIN DƏYƏRİNİN ONUN XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLMƏSİ BARƏDƏ- hekayə