Xəbərlər / Müəllim
28 yanvar 2019
2 042


“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

 

 
Cari ilin 12-14 fevral tarixlərində "Sabahın alimləri” VIII Respublika müsabiqəsi keçiriləcək.

Müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb. Bunlardan 63-ü fərdi, 124-ü isə kollektiv layihələrdir. İştirakçıların  83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir.  

"Sabahın alimləri” VIII Respublika müsabiqəsində Bakı şəhəri üzrə 116, Sumqayıt şəhərindən 34, Balakən rayonu üzrə 8, Ucar rayonundan 6, Abşeron və Şirvan rayonlarının hər birindən 4, Şəki, Qax, Cəlilabad rayonlarının hər biri üzrə 3, Lənkəran rayonundan 2, Gəncə şəhəri, Xaçmaz və İsmayıllı rayonlarının hər biri üzrə 1 layihə təqdim olunub.  

Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsini təmin etməkdir.

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. "Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

VIII-XI sinif şagirdləri “Ədəbiyyat biliciləri” müsabiqəsində -II mərhələ

VIII-XI sinif şagirdləri “Ədəbiyyat biliciləri” müsabiqəsində -II mərhələ

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

İstedadlı şagirdlərin seçimi aparılıb

İstedadlı şagirdlərin seçimi aparılıb

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Təhsil Nazirliyi hesabat verdi

Təhsil Nazirliyi hesabat verdi

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Kimya fənnindən respublika birincisi olan Göygöl məktəblisi

Kimya fənnindən respublika birincisi olan Göygöl məktəblisi

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

Bu layihə davam etdiriləcək - Təhsil nazirindən ƏMR

Bu layihə davam etdiriləcək - Təhsil nazirindən ƏMR

“Elektron təhsil” respublika müsabiqəsinin nominantları müəyyənləşib

“Elektron təhsil” respublika müsabiqəsinin nominantları müəyyənləşib

İllik  hesabat   AÇIQLANDI

İllik hesabat AÇIQLANDI

Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək

Sabah IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək

Sabah IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək