Xəbərlər, Yazarlar, Ziyalılar
10 fevral 2019
741

“ÜRƏK DAŞI”NIN İLK İMZA GÜNÜ KEÇİRİLİB


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
 
Fevralın 9-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda "ZirvəKitab” layihəsi çərçivəsində çap edilən ilk kitabın – tanınmış şair-publisist Əkbər Qoşalının "Ürək daşı" şeirlər kitabının "İmza günü” keçirilib.

Tədbirin aparıcısı və "ZirvəKitab” layihəsinin rəhbəri gənc şair İntiqam Yaşar "İmza günü”ndə millət vəkilləri, elm, ədəbiyyat nümayəndələri, o cümlədən yeni nəsil yazarları, qeyri-hökumət təşkilatları təmsilçilərinin və fəal oxucuların, müəllifin yaxın dostlarının iştirak etdiyini bildirib.
"Ürək daşı”nın redaktoru, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri prof.dr.Almaz Ülvi, kitabın önsöz müəllifi, Əli Kərim adına Poeziya Klubunun direktoru, görkəmli şair İbrahim İlyaslı, millət vəkilləri – dos.dr. Qənirə Paşayeva, prof.dr. Jalə Əliyeva, Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mərkəzinin müdiri dos.dr. Cihan Özdəmir, GYF-nin prezidenti Əhməd Tecim, Atatürk Mərkəzinin müdir müavini Osman Ənvəroğlu, tanınmış ədəbiyyatşünas prof.dr.Rüstəm Kamal, Xalq artisti Eldost Bayram, "Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov, Əkbər Qoşalının orta məktəb müəllimi Rita Novruzova, tanınmış alim dos.dr. Teymur Zeynalov "Ürək daşı” və "Ürək daşı”nın müəllifi haqqında ürək sözlərini bölüşüblər. 

 


 
Çıxışlarda bidirilib ki, əslində bu gün Əkbər Qoşalının şeir hesabatı günüdür. Çıxışçılar Əkbər Qoşalının şair, publisist, türkoloq və ictimai xadim kimliyinin məziyyətləri barədə fikirlərini bölüşüb. 12 illik fasilədən sonra, 45 yaşında ikinci şeirlər kitabı ilə oxucuların görüşünə gələn müəllifin bu hərəkətini onun sözə yüksək məsuliyyətlə yanaşması, fəal ictimai çalışmaları ilə bağlayan çıxışçılar, onu ideyalı yazar olaraq xarakterizə ediblər; Altaylardan ta Balkanlara qədər tanınan bir imza sahibi olan Əkbər Qoşalının şəxsi əlaqələrini öz şeirlər kitabına deyil, yeni nəsil Azərbaycan və ümumtürk ədəbiyyatının təbliğinə, ümumən türk dünyasında ədəbi əlaqələrin güclənməsinə həsr etdiyi vurğulanıb. 
Əkbər Qoşalı "İmza günü”nün iştirakçılarına təşəkkür edib, öz yeni şeirlərini oxuyub.
Gənc müğənni Coşğun Viləş, gənc aşıqlar – Əli Kəlbəcərli, Xavər Hüseyinli, Xətai Kərim və Cavanşir Gədəbəyli "İmza günü”ndə öz musiqi töhfələri ilə çıxış edib, Əkbər Qoşalının şeirlərini müxtəlif aşıq havaları üstündə ifa ediblər. 
Sonda, müəllif "Ürək daşı”nı oxucular üçün imzalayıb. 
"Ürək daşı”nın Azərbaycan Yazıçılar Birliyində, "Zirvə” Tədris Mərkəzində, habelə Tovuzda da "İmza günü”nün keçirilməsi nəzərdə tutulub.
 

 


 




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib

Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib

Bakıda müəllim ilk dərs günü vəfat etdi

Bakıda müəllim ilk dərs günü vəfat etdi

2017-ci ildə gənc elm adamları uğurlu elmi nailiyyətlərə imza atıblar - VİDEO

2017-ci ildə gənc elm adamları uğurlu elmi nailiyyətlərə imza atıblar - VİDEO

İran Azərbaycanda Universitet açacaq – Ancaq bu tələbələr qəbul ediləcək

İran Azərbaycanda Universitet açacaq – Ancaq bu tələbələr qəbul ediləcək

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Görkəmli şair Mirmehdi Seyidzadənin 110 iliyi qeyd olunub

Görkəmli şair Mirmehdi Seyidzadənin 110 iliyi qeyd olunub

Müəllimlərlə bağlı mühüm sərəncam

Müəllimlərlə bağlı mühüm sərəncam

“Gəncsən? Başla!” kitabının imza günü keçiriləcək

“Gəncsən? Başla!” kitabının imza günü keçiriləcək

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

Elektron imza pulsuz olacaq- Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi

Elektron imza pulsuz olacaq- Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi

8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı

8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı

Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açıldı

Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açıldı

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

Qarsdakı azərbaycanlı müəllimlər daha bir uğura imza atıb

Qarsdakı azərbaycanlı müəllimlər daha bir uğura imza atıb

Təhsil Nazirliyinin əməkdaşlarına

Təhsil Nazirliyinin əməkdaşlarına "Elektron hökumət" portalı, elektron xidmətlər və “Elektron imza” barədə ətraflı məlumat verilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...