Xəbərlər
02 mart 2019
355

Kredit almaq istəyən tələbələrin nəzərinə

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Kredit almaq istəyən tələbələrin nəzərinə

Fevralın 28-də "Maarifçi” Tələbə Kredit Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib.

İclasda 2018-ci ilin yekunlarına dair fondun hesabatı təqdim olunub, Himayəçilik Şurası sədrinin və fondun yeni icraçı direktorunun təyin olunması, növbəti elan sessiyasının tarixi və müraciət meyarlarına dair məsələlər şuranın müzakirəsinə təqdim edilib.

Fondun ilk icraçı direktoru Rüfət Mahmudun üç illik səlahiyyət müddətinin başa çatması və digər vəzifə təyinatı ilə əlaqədar onun növbəti müddətə fonda rəhbərlik üçün namizədliyi irəli sürülməyib.

Gündəlikdəki məsələyə əsasən, Himayəçilər Şurasının üzvləri yeni namizədin təqdimatı ilə tanış olublar. Səsvermə əsasında fondun icraçı direktoru vəzifəsinə Araz Paşayevin təyin edilib. Araz Paşayev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinin məzunudur. O, uzun müddət təhsil və hüquq sahələrində həyata keçirilən bir sıra yerli və beynəlxalq layihələrdə məsləhətçi-ekspert olaraq çalışıb.

Gündəlikdəki digər məsələlərdən biri də fondun növbəti elan sessiyasının tarixinin müəyyən edilməsi ilə bağlı olub. Yekun qərara əsasən, elan sessiyasının tarixi 1 mart–5 aprel 2019-cu il tarixləri müəyyən edilib. Bu elan sessiyası çərçivəsində təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsi üçün təqdim olunacaq. Tələbələr üçün müəyyənləşdirilən seçim meyarları və kredit şərtləri olduğu kimi saxlanılıb.

İclasda tələbələrin artan kredit tələbatını əsas götürərək, müvafiq sahədə genişmiqyaslı fəaliyyət üçün Təhsil Nazirliyi və bir sıra təşkilatların ekspert qrupu tərəfindən yeni konsepsiyanın hazırlanması barədə müzakirələr aparılıb. Hazırda konsepsiya tamamlanma mərhələsindədir.

Qeyd edək ki, "Maarifçi” Tələbə Kredit Fondu 2015-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizin aparıcı ali təhsil müəssisələri tərəfindən təsis edilib. Fondun  əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə güzəştli kreditlərin verilməsi ilə bütün tələbələrə bərabər imkanların yaradılmasıdır. Hazırda fond 10 təsisçi və 4 tərəfdaş universitetlə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetlər tərəfindən təqdim edilən tələbə krediti yerlərinin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 223 təhsil krediti müqaviləsi imzalanıb. Kreditlər əməkdaş ali təhsil müəssisələrinin təqdim etdikləri ödənişli əsaslarla tələbə yerləri hesabına həyata keçirilib.

Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Müəllimlərə güzəştli ipoteka krediti verilsin

Müəllimlərə güzəştli ipoteka krediti verilsin

Kəsiri olan tələbənin kredit borcu necə hesablanır? – Minlərlə gəncin problemi

Kəsiri olan tələbənin kredit borcu necə hesablanır? – Minlərlə gəncin problemi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Mikayıl Cabbarov Azərbaycan təhsili üçün nə etdi?

Mikayıl Cabbarov Azərbaycan təhsili üçün nə etdi?

Təhsil haqqını verə bilməyən tələbələrə - Şad xəbər

Təhsil haqqını verə bilməyən tələbələrə - Şad xəbər

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Azərbaycanda təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbi atıb

Azərbaycanda təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbi atıb

Magistrlar kredit ala biləcək- DİQQƏT

Magistrlar kredit ala biləcək- DİQQƏT

KİVDF müsabiqə elan etdi

KİVDF müsabiqə elan etdi

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda yeni fond yaradılıb– FƏRMAN

Azərbaycanda yeni fond yaradılıb– FƏRMAN

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb