Xəbərlər
16 may 2019
2 315

Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək

Nazirlər Kabineti "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Baş nazir Novruz Məmmədovun  imzaladığı qərara əsasən "Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib. 

Qərara əsasən orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək. "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 yanvar tarixli qərarın 1-ci hissəsi («Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi» -1 nömrəli əlavə) ləğv olunub.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları həmçinin qərarın 3.1-ci bəndində nəzərdə tutulmuş yenidən təşkiletmə barədə qərar qəbul edildiyi tarixdən iki ay müddətində bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini təsdiq etmək, qərarın 3.2-ci bəndində nəzərdə tutulmuş nizamnamələr təsdiq edildikdən sonra tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etməlidirlər.

Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə həmçinin qərarın 5.1-ci bəndində nəzərdə tutulmuş yenidən təşkiletmə barədə qərar qəbul edildiyi tarixdən bir ay müddətində bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi barədə təkliflərini hazırlayıb Təhsil Nazirliyinə təqdim etmək, bu Qərarın 5.2-ci bəndində nəzərdə tutulmuş nizamnamələr təsdiq edildikdən sonra tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etmək tapşırılıb. 
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM

Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq

Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR  Təhsil Nazirinin 455 №-li əmri

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR Təhsil Nazirinin 455 №-li əmri

Peşə məktəblərinə imtahansız qəbul

Peşə məktəblərinə imtahansız qəbul

Ceyhun Bayramovdan ƏMR

Ceyhun Bayramovdan ƏMR

Tələbə qəbulunda daha bir

Tələbə qəbulunda daha bir

DİM orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələrini dərc edib

DİM orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələrini dərc edib

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

Müəllimlərin maaşları müəyyənləşdi

Müəllimlərin maaşları müəyyənləşdi

Ceyhun Bayramov rektorlara tapşırıq verdi

Ceyhun Bayramov rektorlara tapşırıq verdi

11-ci siniflər üçün orta ixtisasın boş plan yerlərinə qeydiyyat başa çatır

11-ci siniflər üçün orta ixtisasın boş plan yerlərinə qeydiyyat başa çatır

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər