Xəbərlər
12 iyun 2019
3 500


“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

 

 
İyunun 12-də Təhsil Nazirliyinin tabeliyindəki Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey "Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində görülən işlərə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, "Alqoritmika” şirkətinin baş direktoru Andrey Lobanov, "Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov, informasiya texnologiyaları və təhsil üzrə ekspertlər, ümumtəhsil məktəblərinin rəhbərləri, müəllim və şagirdlər iştirak edib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva əvvəlcə  son illər ərzində  təhsil sahəsində əldə olunan uğurlardan danışıb. "Rəqəmsal bacarıqlar” layihəsinin əhəmiyyətini vurğulayan nazir müavini bildirib ki, beynəlxalq təcrübə öyrənilməklə müasir informasiya texnologiyalarının tədris prosesində tətbiqi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini tapıb.

Məhəbbət Vəliyeva qeyd edib ki, informatika fənninin yeni formatda tədrisi müasir texnologiya və rəqəmsal  bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir, uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.

Tədbirdə çıxış edən layihə rəhbəri Fəxri Qurbanov son illər ərzində layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.  Əldə olunan nailiyyətləri sadalayan Fəxri Qurbanov yeni tədris ilinin başlanğıcından etibarən layihənin ümumilikdə 6 şəhərdə (Bakı, Gəncə, Biləsuvar, Sumqayıt, Mingəçevir, Şamaxı) həyata keçiriləcəyini və 120 məktəbin 4-8 sinif şagirdlərini əhatə edəcəyini söyləyib.

Tədbirdə "Alqoritmika” şirkətinin baş direktoru çıxış edərək layihənin uğurları və dünyada təhsil sahəsində aparılan yeniliklər barədə danışıb.

Sonra Təhsil Nazirliyi və "Alqoritmika” beynəlxalq şirkəti ilə birgə keçirilən "Marsiada-2019” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqənin əsas məqsədi Scratch proqramlaşdırma mühitində 5 və 6-cı sinif şagirdlərinin yaradıcı qabiliyyətlərinin aşkarlanması, bilik səviyyəsinin qiymətləndirilməsi, onların marağında olan mövzu və qəhrəmanların müəyyən edilməsidir.

Müsabiqədə Bakı, Gəncə və Biləsuvar şəhərlərində yerləşən 73 məktəbdən 1024 şagird iştirak edib. "Alqoritmika”nın platformasında Scratch proqramlaşdırma mühitində hazırlanan məktəblilərin orijinal layihələri müsabiqəyə qəbul edilib. İştirakçıların işləri 5 meyara əsasən qiymətləndirilib: ideyanın bütövlüyü və layihənin məzmunu; texniki reallaşdırma; yaradıcılıq; qrafik keyfiyyəti; səsin keyfiyyəti.

Müsabiqə 2 əsas - ən yaxşı cizgi filmi və ən yaxşı oyun və 2 xüsusi - ən yaxşı qrafik və səs dizaynları nominasiyaları üzrə keçirilib. İştirakçılardan 28 nəfər qalib olub, 5 nəfər isə müsabiqənin beynəlxalq mərhələsində yer tutub. Qaliblər müxtəlif hədiyyə və diplomlarla mükafatlandırılıb.

Tədbirdə həmçinin ilin yekunlarına əsasən, layihənin 15 ən yaxşı müəllimi və 3 ən yaxşı məktəbi mükafata layiq görülüb.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

Bakının 8 məktəbində YENİLİK

Bakının 8 məktəbində YENİLİK

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Bakı və Gəncədə "Kod saatı"nın birinci mərhələsi keçiriləcək

Bakı və Gəncədə "Kod saatı"nın birinci mərhələsi keçiriləcək

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

“Sabahın alimləri”nə nüfuzlu təşkilatların sertifikatları verilib

“Sabahın alimləri”nə nüfuzlu təşkilatların sertifikatları verilib