Xəbərlər
22 iyun 2019
371

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF

 

İyunun 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclasda 2019-cu il dövlət büdcəsi haqqında qanuna dəyişiklik müzakirəyə çıxarıldı.

Komitə sədri Ziyad Səmədzadə çıxış edərək son vaxtlar Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə iqtisadi, sosial islahatların dərinləşməsi ilə əlaqədar çox mühüm tədbirlər həyata keçirdiyini bildirdi. Z.Səmədzadə dedi ki, dövlət başçısı 2018-ci ilin ikinci yarısından başlayaraq, bu günə kimi ölkənin iqtisadi həyatında keyfiyyət dəyişiklikləri etmək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalayıb: "Əgər bu gün minimum əmək haqqı 250 manat təşkil edirsə, bu, o deməkdir ki, biz MDB məkanında göstəriciyə görə ən qabaqcıl ölkələr sırasına çıxmışıq. Bu islahatlar Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə qarşılanıb. Atılan hər bir addım Azərbaycan xalqının keyfiyyətli yaşayışına, iqtisadi fəallığın canlanmasına yönəldilib. Gündəliyə daxil edilmiş məsələlər birmənalı şəkildə bu proseslərin qanunvericilikdə də əksini tapmasını nəzərdə tutur”.

Komitə sədri etirafi ilə diqqət çəkdi: "Azərbaycanda əmək haqqının ÜDM-də çəkisi çox aşağıdır, cəmi 16-17% təşkil edir. Görülmüş tədbirlər nəticəsində əmək haqqının xüsusi çəkisi 20%-ə qalxıb. Məsələn, Belarusda bu göstərici 60 faizdir”.

Z.Səmədzadə əlavə etdi ki, pul gəlirlərinin tərkibində də əmək haqqının çəkisi aşağıdır: "Bu, bizə imkan vermir ki, vacib bir sıra proporsiyaları düzgün təhlil edək. Sovet sistemində əmək məhsuldarlığı əmək haqqının artımı arasında konkret əlaqə olub. Hesablamalara görə, 1% əmək haqqı artmalıdırsa, demək, əmək məhsuldarlığı ondan çox artmalıdır”. Komitə sədri dedi ki, əmək məhsuldarlığının əmək haqqından üstün artması əsas qanunlardandır: "Bu, kapitalizm sistemində də tətbiq olunur. Lakin bu gün həmin sistemi formalaşdırmaq üçün kifayət qədər baza yoxdur. Təklif edirəm ki, əmək məhsuldarlığını hesablamaq üçün göstəricilər olsun. Sosial sahədə yeni əlavə dəyər yaranmır, xidmət yaranmır. Yaranır, amma biz onu necə edirik? Təhsil işçilərinin əmək haqqını artırırıq, bu lazımdır, lakin bunun səmərəliliyini necə ölçək? Keyfiyyət olmalıdır, yüksək ballar və nəticə olmalıdır. Bunu texnoparklar, maşınqayırma, dəmir yolları, kənd təsərrüfatı üzrə də hesablamaq olar”.
 

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF

 

Maliyyə nazirinin müavini Azər Bayramov çıxışında bildirdi ki, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrində dövlət büdcəsinə bəzi xərclərin optimallaşdırılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin, həmçinin icmal büdcə xərclərinin yuxarı həddinin artırılması nəzərdə tutulub. Nazir müavini qeyd etdi ki, prezident İlham Əliyevin daim prioritet hesab etdiyi ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılması, əsas sosial qrupların müdafiəsinin gücləndirilməsi, xüsusilə də minimum əmək pensiyalarının, sosial müavinətlərin, büdcə təşkilatlarında çalışanların əməkhaqlarının artırılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq əlavə maliyyə təminatının formalaşması üçün qeyd olunan qanunlarda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranıb: "Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, əmək pensiyalarının və müavinətlərin əhəmiyyətli dərəcədə artırılması üçün DSMF-nin büdcəsinin gəlir və xərclərinin 200 milyon manat olması nəzərdə tutulub. Diqqətə çatdırılıb ki, ölkədə minimum əmək haqqı və büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqı üzrə cari ilin aprel-may aylarında tətbiq olunmuş və sentyabrdan nəzərdə tutulan əlavə artımlar hesabına dövlət sosial sığorta haqları üzrə təxminən 350 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır ki, həmin vəsaitin də 172 milyon manatı dövlət büdcəsindən maliyyələşən təşkilatların payına düşəcək”.

 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dedi ki, prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması üçün inqilabi addımlar atılır: "Bu ili sosial müdafiə ili kimi də dəyərləndirmək olar. İmzalanan sərəncamlar sosial həssas qruplarla yanaşı, ümumilikdə ölkə əhalisinin rifahının yüksəldilməsinə yönəlib”.

V.Gülməmmədov qeyd etdi ki, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsindən də göründüyü kimi, Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 milyon manat artırılır. Bu artırılma nəticəsində Fondun dövlət büdcəsindən asılılığının 38,3 faizdən 32,8 faizə düşməsi gözlənilir.
 

 

Deputat Vahid Əhmədov hökumət üzvlərinin diqqətini vacib bir məsələyə yönəltməyə çalışdı: "Azərbaycanda pensiyaçılar ancaq ”Kapitalbank" və "Beynəlxalq Bank”dan pul çıxara bilirlər. Onlar digər banklardan pul çıxaranda əlavə vəsait tutulur. Belə ki, 200-300 manat pensiya alan vətəndaş digər bankomatlardan pul çıxaranda onlardan 10-15 manat vəsait çıxılır. Dünya təcrübəsində belədir ki, pensiyaçılar, əlillər, müharibə iştirakçıları istənilən bankdan vəsait çıxarır və onlardan heç bir vəsait tutulmur. Bu qaydanın Azərbaycanda da tətbiqinə ehtiyac var". Deputat seçildiyi rayonun problemlərindən də bəhs etdi: "Qubanın özündə cəmi iki bankomat var. 150 min əhali üçün iki bankomat. Əhali çətinliklərlə üzləşir”.

V.Əhmədov eyni zamanda prezidentin imzaladığı sərəncamları yüksək dəyərləndirdi. Qeyd etdi ki, 2018-ci il seçkilərindən sonra imzalanan vəsait 3 milyarddan yuxarıdır. "Amma biz dövlət büdcəsində çox cüzi məbləği görürük”, deyən V.Əhmədov vətəndaşlara ayrılan maliyyə ilə bağlı aydınlıq gətirilməsini də məqsədəuyğun saydı. Eyni zamanda dedi ki, əvvəlki illərdə minimum əmək haqqı 10 faiz artırılırdısa, son sərəncamla minimum əm haqqı 70 faiz artırıldı, bu isə çox ciddi rəqəmdir.

Deputat hakim və prokurorların maaşının artırılmasını da təklif etdi: "Bizi narahat edən məsələlərdən biri məhkəmə-hüquq sistemi ilə bağlı vəziyyətdir. Bu sistemi normal vəziyyətə gətrimək üçün orada maaş məsələsinə baxmalıyıq. Hakimlərin, o cümlədən prokurorluq sistemində çalışanların maaşını artırmaq lazımdır”. Onun sözlərinə görə, bu gün məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların daha da effektivliiyni təmin etmək üçün bu sahədə çalışan insanların maaşlarının artırılmasına ehtiyac var: "Mən bu sahədə çalışan insanlarla söhbətim olub. Düzdür, bu sahədə çalışan insanların maaşlarının artırılması istiqamətində hansısa addımların atılacağı gözlənilir. Amma bu sahədə daha effektli nəticə əldə etmək üçün məhkəmə və prokurorluq orqanlarında çalışanların maaşlarının artırılmasına ehtiyac var. Məsələn, Dövlət Sosial Müdafiə Fondundan dövlət büdcəsinə verilən 150 milyon manatın daxili işlər orqanlarına çalışanların əməkhaqqılarının artırılmasına yönəldilib və belə bir qərar dediyim sahə üzrə də olsa, daha yaxşı olar”.

V.Əhmədov eyni zamanda prezidentin kadr islahatları ilə bağlı imzaladığı son fərmanlardan bəhs etdi: "Rotasiya qaydasında onların bir sistemdən digər sistemə keçirilməsini yüksək qiymətləndirirəm. Bu insanlar Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında xüsusi xidmətləri olan insanlardır. İstər Ramil Usubov, istər Vilayət Quliyev, istər Mədət Quliyev, istərsə də Əli Nağıyev Azərbaycanın müstəqilliyi uğrunda kifayət qədər mübarizə aparıb. Mən son addımları alqışlayıram. Yəqin ki, bu vəzifə təyinatları hökumətin iqtisadi blokuna da təsir edəcək".
 
 

 

Deputat Əli Məsimli hökumətdən pensiya və minimum əmək haqqının artırılması şəraitində ölkədə süni inflyasıyanın qarşısının alınmasını təklif etdi. Xatırlatdı ki, hələ mart ayında minimum əməkhaqları 130 manatdan 180 manata qaldırılan zaman inflyasiyanın həcmi 1,9 fazi, aprel ayında 2,1, may ayında isə 2,4 faiz oldu: "Minimum əmək haqqının artırılması iqtisadi fəallığa təsir edəcək və bu da öz növbəsində inflyasıya təhlükəsi yarada bilər. Ona görə də hökumət öz təsir mexanizmlərindən istifadə etməklə inflyasiyanın qarşısını almalıdır. Xüsusən də süni inflyasiyanın artmasına imkan verilməməlidir”.

Ə.Məsimli əlavə etdi ki, müəllimlərin maaşlarının artırılması ilə bağlı sərəncamlar olsa da, nədənsə psixoloq müəllimlərin maaşları artırılmır: "Artırılırsa, hamısı artırılsın. Yoxsa bu gün psixoloq müəllimlərlə digər müəllimlərin maaşları arasında ciddi fərq var. Beynəlxalq praktikaya da əsaslansaq görərik ki, bu gün cəmiyyətdə psixoloq müəllimlərə daha çox ehtiyac var. Belə olan halda onların maaşları artırılsa, yaxşı olar”.

Komitə sədri Ziyad Səmədzadə isə deputatı inflyasiya ilə bağlı narahat olmamağa çağırdı: "Qorxmaq lazım deyil. İnkişaf olan yerdə inflyasiya da ola bilər. Ancaq nəzarət mexanizmi olarsa, inflyasiyadan qorxmaq lazım deyil”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deputat Vahid Əhmədovun qaldırdığı məsələyə münasibət bildirdi: "Sosial müavinətlər və əmək pensiyalarının vətəndaşlara çatdırılması ”Kapital Bank" və "Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə həyata keçirilir". O dedi ki, nazirlik digər bankların prosesdə iştirakı məsələsinə baxır: "Burada qanunvericilik çərçivəsi var. ”Dövlət satınalmaları haqqında" Qanunun tələblərini nəzərə alaraq biz bunu edirik. Digər bankların bankomatları pensiyaların nağdlaşdırılmasına görə komissiya tuturlar. Vahid Əhmədovun təklifini əsas götürsəkm, bu komissiya haradansa kompensasiya olunmalıdır. Nəzərə alaq ki, bu banklar özəldir, onlar bunu pulsuz etməzlər. Banklarımız inkişaf etdikcə, onların şəbəkəsi genişləndikcə, biz onları keçirdiyimiz satınalmalar sisteminə daxil edə bilərik. Bu təklifinizi qeyd etdim və nazirlikdə bu məsələlərə baxarıq".

İclasda həmçinin Vergi Məcəlləsində, "Dövlət satınalmaları haqqında”, "Avtomobil nəqliyyatı haqqında” qanunlara dəyişiklik edilməsi haqqında qanun layihələri də müzakirəyə çıxarıldı və qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasları 27-28 iyunda keçiriləcək. Gündəliyə 48 məsələ daxildir: "2018-ci il Dövlət büdcəsinin icrası haqqında”, "2019-cu il Dövlət büdcəsi haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Dövlət satınalmaları haqqında”, "Əmək pensiyaları haqqında”, "İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Aqrar sığorta haqqında” qanun, həmçinin Vergi, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri və s.(musavat.com)




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Prezidentdən uşaqlarla bağlı SƏRƏNCAM - 5 milyon manat ayrıldı

Prezidentdən uşaqlarla bağlı SƏRƏNCAM - 5 milyon manat ayrıldı

Maaş artımı təhsil işçilərinin əməkhaqqına təsir edəcəkmi?

Maaş artımı təhsil işçilərinin əməkhaqqına təsir edəcəkmi?

Bu sahələr üzrə çalışan işçilərin əməkhaqqı artacaq - SİYAHI

Bu sahələr üzrə çalışan işçilərin əməkhaqqı artacaq - SİYAHI

Dövlət qulluqçularının maaşı özəl sektorda çalışanların məvacibi ilə eyni olacaq - Nazir müavini

Dövlət qulluqçularının maaşı özəl sektorda çalışanların məvacibi ilə eyni olacaq - Nazir müavini

Təhsil nazirinin yeni müavinin uğurlu karyerası - DOSYE

Təhsil nazirinin yeni müavinin uğurlu karyerası - DOSYE

Deputat müəllim və həkimlərin maaşlarının azlığından şikayətləndi

Deputat müəllim və həkimlərin maaşlarının azlığından şikayətləndi

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat

Müəllimlərin maaşı yenidən artırılacaq - Deputat açıqladı

Müəllimlərin maaşı yenidən artırılacaq - Deputat açıqladı

Təqaüdlərin artımı bu şəxslərə şamil olunacaq - Nazirlik

Təqaüdlərin artımı bu şəxslərə şamil olunacaq - Nazirlik

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması şərtləri dəyişdirilir

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması şərtləri dəyişdirilir

Azərbaycanda əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq

Azərbaycanda əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq

Pensiyalarla bağlı DƏYİŞİKLİK

Pensiyalarla bağlı DƏYİŞİKLİK

Valideynlərini itirənlər təhsil haqqından azad oluna bilər

Valideynlərini itirənlər təhsil haqqından azad oluna bilər

Maaşlarımız nə qədər - ARTDI?

Maaşlarımız nə qədər - ARTDI?

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

"Diplomsuzlar 800, savadlı müəllim 150 manat maaş alır"- EKSPERT

Təhsildə çalışanlara daha çox pul ayrılıb: Tibb sektorunda isə azalma olacaq

Təhsildə çalışanlara daha çox pul ayrılıb: Tibb sektorunda isə azalma olacaq

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri