Xəbərlər / Ziyalılar
15 iyul 2019
1 635


Dini jurnalistika adlı ixtisas açıla bilər - Rektordan təklif

 

 
"Jurnalistlərin həm dini bilikləri, dinlərlə tanışlığı olmalı, həm də mövcud dini şəraiti, şərtləri bilməlidirlər”.

Bunu  Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib.

Müsahibəsində Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif konfessiyaların nümayəndələrinin dinc, yanaşı yaşadıqlarını bildirib. Ceyhun Məmmədovun təklifinə, dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri mütləq bilməlidirlər. Əks təqdirdə, dinlər arasında münasibətləri düzgün formalaşdırmaq olmaz:

"Dünyada və ölkədə dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq. Media mütəxəssisləri bu mövzuya çox həssas yanaşmalı, ölkəmizdə mövcud sabit mühitin mediada düzgün təbliğ olunmasına və işıqlandırılmasına çalışmalıdırlar.

Media nümayəndələri hazırkı qloballaşma şəraitində dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında aktiv olmalıdırlar. Din çox həssas sahədir. Son illərin təcrübəsi də göstərir ki, dünyada buna görə böyük qarmaqarışıqlıqlar, etirazlar baş verib. Bu səbəbdən, jurnalistlərin həm dini bilikləri, dinlərlə tanışlığı olmalı, həm də mövcud dini şəraiti, şərtləri bilməlidirlər. Bu, yazı yazarkən ictimaiyyətə düzgün məlumat çatdıra bilmək, cəmiyyəti çaşdırmamaq üçün əsasdır”.

Ceyhun Məmmədovun fikrincə, bu gün sosial şəbəkələr də medianın tərkib hissəsindən biridir və əsla diqqətdən kənarda saxlanılmamalıdır:

"Bəzi radikal, ekstremist qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını aktiv şəkildə aparırlar. Bəzən gerçək kimliklərini gizlədərək saxta profillərlə dini duruma mənfi təsir göstərə biləcək paylaşımlar edirlər; kimisi dini ekstremizmi təbliğ edir, kimisi dini təhqir edir. Xüsusilə sosial mediada bu iki tərəf arasındakı uçurum böyükdür. Media bu sahədə də qətiyyətli olmalı, mövqeyini göstərməlidir. İnsanların bir-birinin inancına hörmət edən çağırışlara yer verilməlidir”.

 "Dini jurnalistika adlı ixtisasın açılması məsələsinə baxıla bilər”

"Hazırkı vəziyyəti qənaətbəxş hesab etmək olar. Lakin fikrimcə, jurnalistlərin dini biliklərinin artırılması üçün müxtəlif seminar və treninqlərə ehtiyac var. Hesab edirəm ki, magistratura səviyyəsi üzrə dini jurnalistika adlı ixtisasın açılması məsələsinə də baxıla bilər. Bu, xarici ölkələrin təcrübəsində mövcuddur. Dünya ölkələrində mətbuat və din arasında əlaqəyə maraq artmaqdadır. Bu səbəbdən də media və din sahəsində fəaliyyət göstərən araşdırma mərkəzləri yaradılır, akademik jurnallar və tədqiqatlar aparılır, hesabatlar hazırlanır, simpoziumlar və konqreslər təşkil edilir. Ölkəmizdə də jurnalistlərin dini mövzuda maarifləndirilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müxtəlif tədbirlər həyata keçirir”- deyə Ceyhun Məmmədov fikirlərini tamamlayıb.azedu.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər

Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

Azərbaycanda 10 islam kolleci yaradılıb

Azərbaycanda 10 islam kolleci yaradılıb

Nazirlik: Orta məktəblərdə ayrıca dini fənnin keçirilməsi gündəmdə deyil

Nazirlik: Orta məktəblərdə ayrıca dini fənnin keçirilməsi gündəmdə deyil

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

Dini tədris müəssisələrində qanunsuz mübadilələrə görə cərimələr qüvvəyə minib

Dini tədris müəssisələrində qanunsuz mübadilələrə görə cərimələr qüvvəyə minib

"Dünyanın ən reytinqli təhsil ocaqlarında bu kimi məsələlər öz həllini çoxdan tapıb"

"Dünyanın ən reytinqli təhsil ocaqlarında bu kimi məsələlər öz həllini çoxdan tapıb"

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı