Xəbərlər, Yazarlar, Ziyalılar
22 iyul 2019
186

Azərbaycan mətbuatı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycan mətbuatı

 

 
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir.
Böyük çətinliklərdən sonra o,Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.

Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880),"Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.
 
Molla Nəsrəddin jurnalı

1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi. Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi. Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda" (bu qəzetin dilimizə tərcüməsi "Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün -5 may Mətbuat Günü kimi qeyd olunurdu.
 
Bayramın qeyd olunması

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
«Abituriyent» jurnalının 4-cü nömrəsi nəşr olundu

«Abituriyent» jurnalının 4-cü nömrəsi nəşr olundu

28 May Respublika Günü

28 May Respublika Günü

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

“Magistr” jurnalının 1-ci nömrəsi çapdan çıxdı

“Magistr” jurnalının 1-ci nömrəsi çapdan çıxdı

“Magistr” jurnalı sabah çapdan çıxacaq

“Magistr” jurnalı sabah çapdan çıxacaq

ELM, TƏHSIL, İSTİQLAL CARÇISI – Hacıbaba Əzimov

ELM, TƏHSIL, İSTİQLAL CARÇISI – Hacıbaba Əzimov

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

“Magistr” jurnalının 1-ci nömrəsi nəşr olunub

“Magistr” jurnalının 1-ci nömrəsi nəşr olunub

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Tanınmış alimin 90 illik yubileyi qeyd olundu

Tanınmış alimin 90 illik yubileyi qeyd olundu

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Bu gün Hüseyn Cavidin doğum günüdür

Bu gün Hüseyn Cavidin doğum günüdür

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

Bu gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika günüdür !

Bu gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika günüdür !

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur