Xəbərlər, Valideyn, MÜƏLLİM
23 iyul 2019
299

Bu yaşda olan uşaqların maraq sahələri , qabiliyyətləri keşf edilmeli və inkişaf etdirilməlidir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Hər yaşın öz gözəlliyi və çətinliyi var. Ancaq övladınız böyüdükcə həmin çətinliklər bir qədər azalır.
 
Artıq  12 yaşında olan uşaq daha məntiqli düşünməyə başlayır. Həyatın məsuliyyətini, məqsədini və hədəflərini mənimsəməyə başlayır. Onlarda ön plana çıxma anlayışı daha da diqqətə çarpır. Bu ərəfədə oyun onun üçün sadəcə əylənə vasitəsi olur. 12 yaşlı uşaqlarda hərəkətlilik çox olduğu üçün onlarda tez aclıq hissi yaranır. Buna görə onları qınamaq lazım deyil. Xərclədiyi enerjini düşünsəniz, bunun normal olduğunu anlayacaqsınız. Uşaq məktəbdə yemək yesə belə, evə gələndə acıdığını deyir. Həmin vaxt dərhal uşağın yeməyini vermək lazımdır. Çünki, onlarda tələskənlik yaranır.

12 yaşlı uşaqlar əvvəlki illlərə nisbətən geyimlərinə daha çox fikir vermyə başlayırlar və geyimlərini özləri seçərlər. Həddindən artıq həssas olurlar. İstədiklərinin həmin anda həyata keçməsini diləyirlər. Əgər övladınız onu anladığınızı bilsə, onun qarşısında deyil, yanında olduğunusu görsə, sizi özünə yaxın buraxacaq və dediklərinizə dərhal rədd cavabı verməyəcək. Modern.az bu yaşda uşaqların hansı özəlliklərə sahib olduğu haqda araşdırma aparıb.

Çəki və boy problemi

Oğlanlarda və ya qızlarda boy və kiloları ilə bağlı bir sıra problemlər yaşanır. Oğlanların öz siniflərindəki qızlardan qısa boylu olmaları onları olduqca narahat edər. Ancaq qızlarda oğlanlara nsbətən daha tez boy artımı olur. Bunun üçün də oğlan uşaqlarına özünə zaman verməsini söyləyin. Onlara qısa boylu olmağın normal olduğunu deyin və qısa, ancaq ağıllı insanları misal gətirin. Xüsusilə oğlan uşaqlarına boyuna görə deyil, yaşına görə davranın. Bəlkə də özünü qorumaq və ya özünə inamı artırmaq üçün cudoya göndərə bilərsiniz. Bəzi qızların da boyu qısa olur.  Bunun üçün də lazım gəlsə , onları üzgüçülüyə göndərməklə, boylarının uzanması üçün yardımçı ola bilərsiniz. Əgər uşağınız artıq kilodan əziyyət çəkirsə, bunu lağ mövzusu etməyin. Lazım gələrsə, həkimə müraciət edib bunun çıxış yollarını birlikdə axtara bilərsiniz.

Kitab oxuma vərdişi

Kitab oxumağın vacibliyi hər kəs tərəfindən bilinən, ancaq bir çoxlarının adət halına gətirmədiyi və sadəcə " boş zaman məşğuliyyəti ” olaraq düşündüyü bir hərəkətdir. Uşaqların təhsil müddətində vacib qaynaqlardan biri də kitabdır. Onlar bir çox yeni məlumtaları, insanlar arasındaki müsbət münasibətləri kitab vasitəsilə öyrənirlər. Bu vasitə ilə uşaqların dünya görüşü də dəyişir. Bu yaşda olan televizor həvəslisi uşağınıza televizor pultu yox, kitab verməlisiniz. Oğlan uşaqları idman, maşın, macəra, tanınmış insanların kitablarını oxuduqları halda, qızlar  romantik romanları, özlərini maraqlandıran nağıl və şer kitablarını oxumağı  xoşlayırlar. Ona görə də bu yaşdan etibarən uşağınızın kitab sevgisini genişləndirin və onların kitabxanaya və kitab evlərinə getmələri üçün köməklik edin.

Bu mərhələdə uşaqların kiçik qüsurları son dərəcə böyüdülür və  bütün şüurunu örtür. Bunun üçün onlara bir sıra davranışlar qazandırılmalıdır.

1. Şagirdin məktəbini mənimsəməsi, məktəbinin təmsil etmənin gərəklərini yerinə yetirməsi: Bunun üçün şagirdlərə tez-tez məktəb missiyası, hədəfləri xatırlanmalıdır.

2. Şagirdin orta məktəbə uyğunlaşması təmin edilməlidir: Şagirdin əvvəl bir müəllimi var idi. İndi isə bu vəziyyət dəyişir. Şagirdin bir yox, bir neçə müəllimi olur ki, onlar da müxtəlif xüsusiyyətə malik olurlar. Ancaq bunu onlara biruzə etmək lazım deyil. Həmin müəllimlərin şagirdlərə yanaşması xoşgörüşlü və mehriban olmaları vacibdir. Tələbənin hər cür problemlərinin həll olunmasında ona istiqmət verməli, rəhbərlik edəcək müəllim olmalıdırlar.

3. Şagirdlərə artıq uşaq olmadıqları və gəncliyə ilk addımlarını atmağa başladıqları barədə məlumat verilməlidir. Onlara  uşaqmış kimi rəftar edilməməli, zarafatlar ölçülü və onların səviyyəsinə uyğun olmalıdır. Onlara inkişaf etdirici tapşırıqlar və vəzifələr verilərək məsuliyyət alma, nəyinsə öhdəsindən gələ bilməyin duyğusu qazandırılmalıdır. Ancaq bunları edərkən ölçülü olmaq lazımdır. Çünki onlar hələ də uşaqdır və öyrənmələri lazım olan bir çox davranış vardır.

4. Qarşı cinslə uyğunlaşma içərisində çalışma və yaxşı bir ünsiyyət qura bilmə vərdişləri qazandırmalıdır.  Qız və oğlanların bağçadaki kimi əl, qol zarafatları edərək oyunlar oynamasının yalnışlığı uyğun ifadələrlə izah edilməlidir. Müəllimlər sinif içərisində qız- oğlan arasında müqayisə etməməlidir. Əks təqdirdə qız- oğlan düşmənliyi baş verər.

5. Şagirdlərə məktəbdə olub bitən hər şeyi evə götürməmə vərdişi qazandırlmalıdır.

- Ibtidai məktəbdə bu hadisə çox məşhurdur. Hər seqmentdən hər uşağa mesaj götüreceksek bunun zaman zaman edilməsi lazımdır.

- Bu mövzu dəyişik aralıqda tələbələrdə səhv başa düşülməyə gətirib çıxarmayacaq şəkildə notları sinif məsləhətçiləri tərəfindən işlenmeli .

6. Bu yaşda olan uşaqların  maraq sahələri , qabiliyyətləri keşf edilmeli və  inkişaf etdirilməlidir.

- Məktəbdə və məktəb xaricində uşağın bu sahələri inkişaf etdirməsi üçün mühitlər və imkanlar təmin edilməlidir. Onlar yaxşı motivasiya edilməli, uğurları mükafatlandırılmalıdır.

 




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Övladın qarşısına qoyulan hədəflər onu daha məsuliyyətli edir

Övladın qarşısına qoyulan hədəflər onu daha məsuliyyətli edir

Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri.

Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri.

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri.

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri.

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

İlk uşaqlıq   və  orta uşaqlıq illəri

İlk uşaqlıq və orta uşaqlıq illəri

Uşaqlarda davranış pozğunluğu - inadkarlıq

Uşaqlarda davranış pozğunluğu - inadkarlıq

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri.

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri.

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Övladınız niyə özünə qapalıdır? -PSİXOLOQ

Övladınız niyə özünə qapalıdır? -PSİXOLOQ

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Uşaqları fəlakətə aparan cümlə – “Çünki mən belə istəyirəm!”

Uşaqları fəlakətə aparan cümlə – “Çünki mən belə istəyirəm!”

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Disleksiya olan uşaqlar üçün oxuma və yazma strategiyaları

Disleksiya olan uşaqlar üçün oxuma və yazma strategiyaları

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

UŞAQLARDA PASSİVLİK

UŞAQLARDA PASSİVLİK

Övladınız dahidirmi? -Necə müəyyən edək?

Övladınız dahidirmi? -Necə müəyyən edək?

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə