Xəbərlər, Valideyn, MÜƏLLİM
11 avqust 2019
172

Dörd məktəbli dənizdə batdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Batan uşaqlar 8-10 yaş arasındadır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,  nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının batması barədə məlumat daxil olub.

M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.APA





Whatsapp'ta Paylaş



Загрузка...
loading...