Xəbərlər, Valideyn
18 avqust 2019
577

Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib

 

 
 
2020-2021-ci tədris ilindən Azərbaycanın bütün dövlət ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq ediləcək.

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov bildirib. Onu sözlərinə görə, 2019-2020-ci tədris ili üçün ölkənin bütün ümumi təhsil müəssissələrində vahid məktəbli geyim forması tətbiq oluna bilməyəcək: "Bu il məktəbli forması əvvəlki illərdəki kimi davam edəcək. Çünki bunun üçün çox ciddi hazırlıq işləri aparılır. Artıq Bakı Tikiş Evinə məktubla müraciət olunub. Hazırda müxtəlif eskiz formaları hazırlanır. Təhsil Nazirliyində bu məsələ ilə bağlı İşçi Qrupu yaradılıb. Nazir Ceyhun Bayramov bu məsələyə özü nəzarət edir. Nazirlikdə müvafiq şöbələrin əməkdaşları bu İşçi Qrupuna cəlb olunub. Məqsəd budur ki, işlər vaxtında çatdırılsın. Təhsil Nazirliyinin İşçi Qrupu ilə Bakı Tikiş Evinin nümayəndələri arasında bu məsələ geniş şəkildə müzakirə olunacaq, daha sonra ictimai rəy öyrəniləcək. Tam qərara gəlindikdən sonra həmin vahid məktəbli forması 2020-2021-ci tədris ilindən bütün ümumtəhsil müəssisələrində tətbiq olunacaq”.

Ə.Adıgözəlov bildirib ki, hazırda ölkə üzrə 1 milyon 400 minə yaxın şagird var. Vahid məktəbli formasında ibtidai siniflə yuxarı sinif şagirdlərinin geyim forması fərqlənəcək:

"İbtidai siniflə yuxarı sinifləri eyniləşdirmək olmaz, burada yaş xüsusiyyəti var. Bu yaş xüsusiyyəti nəzərə alınmalıdır. Bu məsələ də hazırda müzakirədədir. Bildiyiniz kimi, dərs ili 15 sentyabrda başlayıb, 14 iyunda başa çatır. Yəni sentyabrda da müəyyən qədər isti hava olur, eyni zamanda may ayının əvvəlindən də artıq hava isinir. Bu səbəbdən geyim forması hazırlanarkən fəsillər də nəzərə alınacaq”. 

Baş məsləhətçi geyim formalarının bölgələrə necə çatdırılacağına da aydınlıq gətirib. O bildirib ki, Bakı Tikif Evi məktəbli formalarını bütün ölkə üçün hazırlayacaq: "Yəqin ki, Bakı Tikiş Evinin yerlərdə satış məntəqələri olacaq. Çünki bölgələrdəki valideynlərə demək olmaz ki, gəlib Bakıdan forma alıb aparsın. Hələlik bu məsələ müzakirə olunmayıb, ancaq çox güman ki, yerlərdə satış məntəqələri olacaq”. 

Ə. Adıgözəlov qeyd edib ki, vahid məktəbli forması yalnız dövlət ümumtəhsil məktəblərində tətbiq olunacaq: "Liseylər də bu və ya fərqli formanı tətbiq edə bilərlər".

Məktəbli formasının qiymətini Bakı Tikiş Evi müəyyənləşdirəcək: "Təbii ki, burada əhalinin alıcılıq qabiliyyəti nəzərə alınacaq. Geyim forması tam qərarlaşdırıldıqdan sonra qiymət məsələsinə də baxılacaq”. 




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib .

Məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib .

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Müəllimləri formativ qiymətləndirmə ilə bağlı ən çox narahat edən məsələyə  RƏSMİ  CAVAB

Müəllimləri formativ qiymətləndirmə ilə bağlı ən çox narahat edən məsələyə RƏSMİ CAVAB

Məktəblərdə yeni geyim formaları tətbiq olunacaq

Məktəblərdə yeni geyim formaları tətbiq olunacaq

Eskpert:

Eskpert: "Məktəblilərin ayrı-ayrı geyimdə olması düzgün deyil"

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

"Bu nə deməkdir? Necə yəni, formanı alın, çekini bizə gətirin?!"..Əməkdar müəllimdən sərt reaksiya

"Vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

"Əgər Bakı Tikiş Evinin tikdiyi geyimlər gigiyenik normalara cavab verirsə alın, yoxsa məsləhət deyil”

Uşaq çantası ağırdır - valideyn nazirliyi məhkəməyə verir

Uşaq çantası ağırdır - valideyn nazirliyi məhkəməyə verir

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Bakıda vahid məktəbli forması ləğv edilir?

Bakıda vahid məktəbli forması ləğv edilir?

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Məktəbli formasını

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

BƏD XƏBƏR  ! - Məktəbli formaları mütləq bahalaşacaq

BƏD XƏBƏR ! - Məktəbli formaları mütləq bahalaşacaq